|
Sərraf Şiruyə
70
Əziz dostum, bizə gəlmək istəsən,
Bahar öz donuna bürünəndə gəl.
Dəstələ əlində şehli gülləri,
Bənövşə dağlardan görünənədə gəl.
Boş gəlmə gələndə gətir şirin dil,
Oxşasın qəlbini qoy süsən, sünbül.
Gözlə ki, oyansın bağçada bülbül,
Qızılgül səsinə səs verəndə gəl.
Çal meyə qarışsın durna avazı,
Odur müjdə verən çiçəkli yazı.
Dostların döşündə sədəfli sazı,
Axır taleyini düşünəndə gəl.
Əli diplomunu aldığı bir gün,
Başlandı evində ayrı toy-düyün.
Təbriklər, alqışlar bəlkə min oldu,
Azrular, diləklər belə çin oldu.
Yoruldum – demədi Sumaya gəlin,
Qonaq söhbətindən ayrılaq gəlin.
Axı oxucuma mən söz vermişdim,
Sumayadan söz açacam demişdim.
İndi mən sözümə əməl edirəm,
Nə var olmuşları bir-bir deyirəm.
|
|
|