|
Sərraf Şiruyə
80
Orda da Niftalı çəkdi əzablar,
Onsuz da keçmişdi əzablı yollar.
Münhendə, İsveçdə əsir qalmışdı,
İtalyadan onu türklər almışdı.
Çox bəlalar çəkmiş onun da başı,
Axırda olmuşdur türk vətəndaşı.
Orda menecertək işə başlamış,
Axı o təhsili burdakən almış.
İrəvanda üç il təhsildə olmuş,
Dayısı Xanlarla birgə oxumuş.
Orda kara gəlib həmən o təhsil,
Yüksəlib şöhrəti onun ilbəil.
İşləmiş sənaye nazirliyində,
Hər işi qurmuşdu öz gərəyində.
Ailə qurmuşdu türk qızı ilə,
Şadlanmış bir oğlu, cüt qızı ilə.
Qızlarının adı Reyhan və Ayhan,
Ana hörmətinə qoyulub Reyhan.
İrfan qoyulmuşdu oğlunun adı,
Onlardı qürbətdə ağzının dadı.
|
|
|