Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə55/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   51   52   53   54   55   56   57   58   ...   174
             
                           
                          Ayrılıq belə düşdü
 
 
81 
 
Bir kövrək hiss keçir hər an könlündən
Bir xoş qoxu gələ kaş ki, vətəndən. 
 
Qürbətin baharı nəyimə gərək, 
Vətənin qışına yetirin məni. 
Ovutmaz könlümü yad elin gülü, 
Vətənin daşına yetirin məni. 
 
Cənnət olsa əgər qoynu dünyanın, 
Əsiriyəm öz yurdumun, binamın. 
Yolumu gözləyən qoca anamın, 
Gözünün yaşına yetirin məni. 
 
Onu xəyal köhləni gətirdi doğma elə, 
Topalandı başına ilkin dost, qohum hələ. 
 
Qaçaraq atasının o boynuna sarıldı, 
Gec gələn bacıların sanki bağrı yarıldı. 
 
Sonra isə Niftalı ana qoynuna qaçdı, 
Ananın saçlarında barmaqları dolaşdı. 
 
Ana! Ana! can ana! – deyə səsi kövrəldi
İndi isə görüşə bir-bir qardaşlar gəldi. 
 
Bu Əli, bu Köçəri, bax bu da kiçik qardaş
Gözləri uzaqlara dikildi yavaş-yavaş. 
 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin