|
Ayrılıq belə düşdü
85
Subatanda “Seyid” eylədi bunu,
Böhtanı doldurdu özcə qoynunu.
Vəzifə güdənlər bunu edirdi,
Zəhmətkeş olanlar duyub, bilirdi.
Nə qədər inkişaf gedir kolxozda,
Hər tapşırıq başa yetir kolxozda.
Yerinə yetmirdi əvvəl planlar,
Həmişə kəsirdə qalırdı onlar.
Aradan qalxıbdı bu geriliklər,
Yerində görülüb hər tədarüklər.
Əmək haqqqının da artıb dəyəri,
Əli bu kolxoza gələndən bəri.
Birə-beş yüksəlmiş hər bir güzəran,
Keçirir hər günü millət firavan.
Cavanlar təhsilin dalınca gedir,
Qocalar dövləti birə-beş edir.
Bax bu çalışqanlıq, zəhmətsevərlik,
Bax bu qayğıkeşlik, uzaqgörənlik.
Əlini gətirdi doğma kəndinə,
İndi sədr etdi öz Daşkəndinə.
|
|
|