Sərraf Şiruyə
112
Payız, qışda arı kənddə qalardı,
Arıya qudası Əziz baxardı.
Qonaq tək gələrdi Əli, Sumaya,
Qayıdışı çəkərdi bəzən bir aya.
Burda yaşayırdı Rzallı
1
tamam,
Söhbətlər edərdi Əli də müdam.
Hacı Dünyamalı, Hacı Məhəmməd,
Belə başlanardı əvvəlcə söhbət.
Sonra söz keçərdi Qocamanlıya,
Ordan Namazlıya, İsmayıllıya.
Sarəllər, Babalar
2
yaddan çıxmazdı,
Heç kəsi, heç kəsi o unutmazdı.
Hətta qızlara
da baş çəkərdi o,
Evi olmayana ev tikərdi o.
Bunların hamısı Rzallı idi,
Bu tayfa
çox köklü, çox qollu idi.
Gəncədə İkrama
xəbər çatanda,
Yetirərdi o özünü bir anda.
1
Rzallı – Rza Alılı tayfa birliyinin qısadılmış adı
2
Babakişilər nəzərdə tutulur.