|
Sərraf Şiruyə
110
XVI
ƏLİ KİŞİ BAKIDA YAŞAYIR
Əli yurd salmışdı indi Bakıda,
Qaçaqaçda evi dəyişib o, da.
Erməniyi göndərmişdi Göyçəyə,
Özü də Bakıda yerləşsin deyə.
Mahir də onunla birgə qalırdı,
Hər qərarı atasından alırdı.
O da evlənmişdi, ailəliydi,
Şöhrəti saf amal, xoş əməliydi.
O da müəllim idi, ali təhsilli,
Həm xoş xasiyyətli, həm şirin dilli.
O yaxşı bilirdi ixtisasını,
Elmə bağlayırdı hər əsasını.
Nurəli qalmışdı Özbəkistanda,
Təhsili almışdı həmən məkanda.
Özbək qızı ilə evlənmişdi o,
Onun ülfətinə isinmişdi o.
Ayrı ev almışdı Bakıda İlham,
Atasına baş çəkirdi o, müdam.
|
|
|