107
Qorbaçov savaşı saldı ortaya,
Dünya lənət deyir indi bu vaya.
Xocalı yox oldu bircə gecədə,
Sakit durdu rəhbərlər necə də.
Bu oldu dünyanın faciə kəşfi,
Müsəlmanı qırmaq idi hədəfi.
Qovuldu müsəlman Ermənistandan,
Dədə, baba yurdu o xoş məkandan.
Göyçənin üçüncü qaçqınlığıydı,
Ermənilər çəkən sinə dağıydı.
Belə təsvir edir şair o halı,
Belə ağlar qalmış Göyçə mahalı.
Ulu Göyçə, ulu vətən, ulu yer, Var-dövlətlə, naz-nemətlə dolu yer, Ustadların ay beşiyi, yolu yer, Qurban olum torpağına, daşına. Bu nə qaldı gəldi yenə başına? Ay beşiyim, imək yerim, bəy evim,