Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə111/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   107   108   109   110   111   112   113   114   ...   174
Sərraf Şiruyə             
                           
                          
 
 
140 
Çoxdan arzusuydu Əli kişinin, 
Bəlkə əfsəliydi hər bir işinin. 
 
Gedib Kərbəlanı ziyarət etsin, 
Bu müqəddəs arzu, diləyə yetsin. 
 
Öpsün Hüseynin məzar daşını, 
Axıtsın gözündən qanlı yaşını. 
 
Bax budur bu arzu yerinə yetir, 
Əli ziyarətə üz tutub gedir. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
141 
XX 
ƏLİ KİŞİ ZİYARƏTƏ GEDİR 
 
Əli ziyarətə gedənə qədər, 
Deyim, ziyarətdə olubdu kimlər: 
 
Əli kök-soyundan Məşədi Məmməd, 
Hacı Dünyamalı, Hacı Məhəmməd. 
 
Kərbalayı Camal, Məşədi Oruc, 
Hər vaxt namaz qılıb, tutarmış oruc. 
 
Yetmiş nəfər vardı ziyarətçilər, 
Rəğbət bəsləyibdi bütün kəndçilər. 
 
Onlara hər hörmət bəsləyibdilər, 
Onları mömüntək səsləyibdilər. 
 
İndi ziyarətə gedir nəvələr, 
Bir vaxt yəhərlənib atlar, dəvələr. 
 
Bu yolu bir aya gedərdi onlar, 
Öndə sərkərdətək zəvvar olanlar. 
 
İndisə bir günə tamamlanır yol, 
Minik maşınında çox rahat ol. 
 
Əli kişi hazırladı sənədi, 
Xəbər çatdı, gediləcək vədədi. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin