|
Sərraf Şiruyə
142
Yollandı İraqa ziyarətçilər,
Onlarla birlikdə həm bələdçilər.
Məşhəd şəhərində rahatlandılar,
Ziyarət hal üçün təlim aldılar.
Sabahı başlandı ziyarət anı,
Ziyarət eyləyib İmam Rzanı.
Xanım Məsuməni yad eylədilər,
Məscid Cəmkaranı yad eylədilər.
Cəmi müşdeyidi Qum şəhərində,
Ziyarət etdilər gedən hər bəndə.
İndi Kərbəlaya rəvan oldular,
Burda rahatlanıb, bir gün qaldılar.
Yenə təlimçilər təlim verdilər,
Sabah üçün bir hazırlıq gördülər.
Ziyarət başlandı sabah tezdəndən,
İlahi xoş qismət dilərəm səndən.
Bax bu Hüseynin ziyarətgahı,
Bax bu da İmamın o qətligahı.
|
|
|