Sərraf Şiruyə
174
Vaqif müəllim, hanı o gözəl çağlar,
1
Düşündükcə gözüm qanlı od ağlar.
Məhərrəmi bada verdi o dağlar,
Qiyasın qəlbinin buzu bəs hanı?
Zeynalabdı, Papır müəllim tez getdi,
Tale Göyüş, İsgəndərdən üz getdi.
Şükür kişi niyə belə üz getdi?
Heç yoxlamır qəlbimizi bəs hanı?
Məsəli var dil-dodaqda Hasanın,
Gülməmmədin – o, baməzə insanın.
Pas atıbdı kərəntisi Qurbanın,
Qədirin bülövü, bizi bəs hanı?
Alı nə apardı dünya barından?
Səttar da ayrıldı öz dildarından.
Kalvayı Rüstəmin ümman varından,
Bol nəziri, bol niyazı bəs hanı?
Rəsil, Hacı Kərəm, İsmеyil, Хanış,
Dünyanın sirrindən оlgınan tanış.
Kеçmişə əl atdım mən qarış-qarış,
Əllisin sanadım, yüzü bəs hanı?
Tat Kərimin dəyirmanı, xizəyi,
Şirinin, Gülgəzin farmaş-gözəyi.
1
Abdullayev Vaqif Mirzə oğlu
|