Sərraf şİruyə



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə158/174
tarix30.12.2021
ölçüsü2,79 Mb.
#18631
1   ...   154   155   156   157   158   159   160   161   ...   174
Sərraf Şiruyə             
                           
                          
 
 
190 
 
Bəlkə yaddaşımdan çıxanlar oldu, 
Könüllər yandırıb, yaxanlar oldu. 
Mənə tərsə-tərsə baxanlar oldu
Giley-güzar, söhbət-sözü bəs hanı? 
 
Hasоy əmim yaхşı batdı savaba, 
О dеdi mən yazdım, budur kitaba. 
Bir gün də dеyəcək bu еl, bu оba: 
Şiruyədən qalan yazı bəs hanı? 
 
*** 
İndi söz sizindir, əziz cavanlar, 
Bizdən sonra bu dünyada qalanlar. 
Qoymayın ortaya düşə yamanlar
Övladısız bir torpağın, bir suyun, 
Yadlar girə ortalığa qoymuyun. 
 
Əl-qol atın, darda, gendə bir olun
Hər əməldə, hər amalda pir olun. 
Özgələrə açılmayan sirr olun, 
Birləşin ki, yadlar sizi əyməsin
Qəlbinizə bir kimsənə dəyməsin. 
 
Unutmayın babaları siz Allah, 
Ataları, anaları siz Allah, 
Eyləməyin xataları siz Allah, 
Bir bəd kəlmə adınıza gəlməsin, 
Dərdinizi bir özgəsi bilməsin. 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin