|
Ayrılıq belə düşdü
55
Bircə Mahı dərdi bəs edər bizə,
Təsəlli versək də öz-özümüzə.
Mahı dərdi bizimlədi həmişə,
Olub ürəyimiz çat vermiş şüşə.
Sınıb, töküləcək nə vaxtsa bu çat,
Elə əzəlindən belədir həyat.
Dünənki canlını bu gün öldürür,
Dünya öz yolunu belə bildirir.
Mahı da Tapdığı sevib, seçmişdi,
Xeyir-dua ilə gəlin köçmüşdü.
Belə gənc çağında əcəl haqlamış,
Əzizin ürəyi yara bağlamış.
Əvvəl Şəkər dərdi, sonra da Mahı,
Bu yazıq kişinin nəymiş günahı?
Bu ki, mərdiməzar işlər görməmiş,
Bir nəfərin xatirinə dəyməmiş.
Həmişə xeyirxax işlər görmüşdür,
Əl açıb, diz çöküb şükür demişdir.
Bir salavat verib Reyhan arvad,
Cəddi Peyğəmbəri o eylədi yad.
|
|
|