|
Sərraf Şiruyə
66
Qızardı bu bağda gilas, albalı,
Ağ, sarı əriklər, peyvənd şaftalı.
Yaxşı zoğal, əzgil ağacı əkdi,
Gündəlik onların nazını çəkdi.
Qızılgül koluna büründü dörd yan,
Apardı nə qədər ondan pay, uman.
Üç ilin başında bar verdi bu bağ,
İndi kömək çağır meyvəni yığaq.
Alma, armud bar verdilər tonlarla,
Məmnun qalmamışdı Əli bunlarla.
Peyvənd də olundu heyva armuda,
Gilas gilanara hamsı bu qayda.
Kənddə “Əli bağı” adlandı bu bağ,
Hər kimsə bu bağdan tutaraq soraq.
O da məhləsində bağ-bağça saldı,
O da zəhmətindən bax, razı qaldı.
Əli belə aldı bağban adını,
Kəsmədi elindən öz imdadını.
Oxucum, bax burda sındı ürəyim,
Qovruldu, ürəyim yandı ürəyim.
|
|
|