Ayrılıq belə düşdü
145
Niyə qоlların kəsilib,
Belə cüt bədəndən, Abbas!?
Axıdırsan qanlı yaşı,
Ala gözlərindən, Abbas!
Niyə dоdağın quruyub,
Susuzluqdan belə, qardaş?
Bizi kimə tapşırırsan,
Bircə gəl dilə, qardaş.
Di gətir öpüm üzündən,
Qara gözlərindən, Abbas!
Yоl gözlər əhli beyit,
Baxıb əlləri duada.
Niyə bizləri qоyursan,
Belə dözülməz cəfada?
Fərat çayı qan axır,
Sənin əllərindən, Abbas!
Əli diz qatladı o yerlərdə də,
Gözdən qan ağladı o yerlərdə də,
Həbib İbni Məzahirin məzarı,
İbrahim Kazımın qəbir divarı.
Əlinin dil dodağıynan yalanır,
Gözlərinin yaşı ilə sulanır.
Şəhadət məqamı Əli-Əkbərin,
Şəhadət məqamı Əli-Əsğərin.
Sərraf Şiruyə
146
Abbasın qolunun düşdüyü yerlər,
Zeynəb yatan, Hürrü yatan qəbirlər.
Bir səcdəgah olur Əliyə burda,
Axtarır Füzuli hardadır, harda?
Bu da Füzulinin ziyarətgahı,
Ürək ağasıydı, şəhidlər şahı.
1
Əhdi başa çatdı dəfn oldu burda,
Hüseynə qul kimi o qaldı burda.
İmamı Zamanın məqamını da,
İmamı Sadiqin məqamını da.
Əli kişi öpüb ziyarət edir,
Ziyarət əhlilər Nəcəfə gedir.
2
Beş gözəldən biri Həzrət Əlinin,
Peyğəmbər vəsisi – Şiri-Vəlinin.
Həsən, Hüseyn, Həzrət Abbas atası,
Həzrət Fatimanın haqdan butası.
Burdadır müqəddəs ziyarətgahı,
O sirri Xafiyyə, güc-qüdrət şahı.
1
İmam Hüseyn nəzərdə tutulur.
2
Nəcəf-əl-Əşrəf şəhəri nəzərdə tutulur.
|