İlk servislərin yaranması dövrü (e.ə - V əsrə qədər). İlk servislər e.ə. III-II minilliklərdə Qədim Şərq ölkələri olan Akkad, Şummer, Qədim Misirdə yaranmışdır. Dinin dominant rolu oynadığı bu zamanlar, kahinlərə xüsusi ehtiram göstərmə, yazı öyrətmək (mixi, heroqlif, rəsm), musiqi alətlərində ifa etmək, oxumaq kimi servis növləri vardır.
Qədim Şərqin servisləri eramızdan əvvəl 3-2-ci minilliklərdə yaranmışdır. Akkad, Şumer və Qədim Misirdə. Dinin dominant rolu, kahinlərə xüsusi ehtiram göstərməsi yazı öyrətmək (rəsm, heroqlif, mixi yazı), musiqi alətlərində ifa etmək, oxumaq kimi servis növlərinin inkişafına səbəb oldu, çünki yalnız bu bacarıqlara yiyələnməklə keşiş olmaq mümkün idi. Qədim Babildə (e.ə. II-I minilliklər) kral Hammurapinin qara bazalt sütun üzərində həkk etdirdiyi 282 qanundan ibarət toplu əslində cəmiyyətin həyat və fəaliyyətini tənzimləyən hüquqi-dövlət servisi idi. Qanunlar cəmiyyətin demək olar ki, bütün fəaliyyət növlərini, (səhiyyə, təhsil, hüquqi, mədəni və s.) o cümlədən onların həyata keçirilməsini tənzimləyirdi. Hüquqi servislərlə yanaşı, Qədim Babildə memarlıq-inşaat servisləri də geniş yayılmşdır. Bütün yaşayış məntəqələrində məbəd və zikkuratlar tikilirdi. Qədim Misirdə geniş yayılmış servislərdən biri də ticarət idi. Misirlilər qonşu ölkələrə mal-qara, şərab, bal, taxıl aparır, ordan ağac, dəri, duz, fil sümüyü və digər sənət əsərləri alırdılar.
Təhsil servisləri də Qədim Misirin əhəmiyyətli servislərindən idi. Pilləli təhsil sistemi mövcud idi. Ümumtəhsil məktəblərindən sonra şagirdlər peşə seçir və ixtisas təlimlərinə cəlb olunurdular.
İlk insan sivilizasiyalarından olan Qədim Yunanıstanda ənənəvi təhsil, tibb, elm, incəsənət, mədəniyyət servisləri ilə yanaşı, dinin bir hissəsi kimi yeni yaranmış tamamilə fərqli bir servis sahəsi olan idman servisi də məşhur idi. Olimpiya oyunlarında yunan idmançılar yumruq döyüşü, at yarışı, qaçış, güləş, pentatlon üzrə yarışırdılar. Olimpiya oyunları çox məşhur idi və milli bayram şəklində keçirilirdi. Bu da şübhəsiz ki, Yunanıstan mədəniyyətinin inkişafına səbəb olurdu.
Qədim sivilizasiyanın beşiyi olan Qədim Romada təhsil, tibb, elm, mədəniyyət kimi servis sahələri inkişaf etmişdir. Qədim Romada təhsil ibtidai, orta və ali təhsilə bölünürdü. İbtidai və orta təhsil pillələrində əsasən, hesab, yazı, ədəbiyyat, tarix və hüquq fənləri tədris olunurdu.
Romada tibb elmi böyük uğurlar əldə etmişdi. Farmakologiya, Mamalıq, Pediatriya, Anatomiya və Beyin tədqiqatları sahəsində böyük uğurlar əldə edilmişdir. Mədəniyyət və istirahət servislərində də irəliləyiş vardı. İctimai tamaşalar qurulurdu. Kolizeydə qladiator döyüşləri xüsusi təmtəraqla keçirdi.
Qədim Çin bəşəriyyətə bir çox kəşflər və servislər gətirmişdi. Burada memarlıq və incəsənət xüsusi yer tuturdu. İmperatorların qədim sarayları və paqodalar heyranlıq doğururdu. Çin rəssamlığının özünəməxsus üslubu var və əsasən təbiətin gözləlliyi əks olunub. Qədim Çin mədəniyyətində mühüm yer tutan digər bir servis sahəsi sənətkarların əl işləridir. Bir-birindən gözəl vazalar, boşqablar, və s. əl işləri göz oxşayır. Çində əyləncə servisində sirklərin rolunu xüsusi qeyd etmək lazımdır. Çin sirklərində ekvilibristlərin, akrobatların, kəndirbazların, təlimçilərin çıxışları insanları əyləndirirdi.
Dostları ilə paylaş: |