Servis anlayışının tarixi İlk servislərin yaranma tarixi Orta əsrlər servisləri


Bazar iqtisadiyyatı dönəmində ölkəmizdə servis



Yüklə 45,01 Kb.
səhifə6/6
tarix29.04.2022
ölçüsü45,01 Kb.
#56712
1   2   3   4   5   6
Mövzu 2. Servis fəaliyyətinin tarixi (hazırlanır)

Bazar iqtisadiyyatı dönəmində ölkəmizdə servis. Ölkəmizdə servislər bazarı müstəqillik əldə etdikdən sonra, 1990-cı illərdə formalaşmağa başlamışdır. Bundan əvvəl isə keçmiş SSRİ-nin tərkibində 70 ildən artıq müddətdə fəaliyyətdə olan respublikamızda digər sahələr kimi servis sektoru da dövlət tərəfindən güclü tənzimlənməyə məruz qalırdı və bir sıra servislər isə ancaq dövlət müəssisələri tərəfindən göstərilirdi Bu vəziyyət tədricən dəyişmiş və 1990-cı illərin ortalarından servis bazarı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Sonuncu illərin yekunlarına əsasən ÜDM-nin təxminən 30%-i servis sahələrinin payına düşmüşdür.

Ümumiyyətlə, 2010-cu ildə ÜDM-in tərkibində servis sahələrinin xüsusi çəkisi belə olmuşdur:

- informasiya və rabitə- 1,9%

- tikinti-inşaat - 7,1%

- ticarət və servis- 6,6%

- nəqliyyat və anbar - 6,0%

- sosial və fərdi xidmət - 11,9%

2010-cu ildə müxtəlif mülkiyyət formalı 4 mindən çox yeni müəssisə yaradılmışdır ki, onlardan 30%-ə yaxını ticarət və servis sektorunun payına düşür. Fərdi sahibkarların çox hissəsi ticarət və servis sahəsində fəaliyyət göstərir.

Ticarət və servis sahəsində əldə olunmuş naliyyətlər birbaşa əhalinin sosial rifahı, gəlirlərin artması ilə bağlıdır. 2010-cu ilin yekununda əhalinin nominal gəlirləri 2009-cu illə müqayisədə 13,3% artaraq 25,6 mlrd manata çatmışdır.

Servis bazarı ölkəmizdə ən dinamik inkişaf edən sektordur. Ölkəmizdə servis sferasının inkişaf perspektivlərini aşağıdakı kimi dəyərləndirmək olar:

- Pullu servis sistemi sürətlə inkişaf etməkdədir. Ödənişli servislərin göstərilməsi təmayüllərinin güclənməsi və xüsusilə də səhiyyə, təhsil, incəsənət, mənzil-kommunal təsərrüfatı və rabitə servisləriin sürətlə inkişafı müşahidə olunur;

- Bazar sisteminin formalaşması və inkişafı şəraitində əlaqələndirici həlqə kimi ticarətin rolu yüksəlir.

- Respublikada uyğun təbii şəraitin olması və istirahət sahəsinin inkişafı hesabına turizm və müaliə-kurort servislərinin həcminin yüksəlməsi perspektivləri mövcuddur.

- Göstərilən servislərin strukturunda da xeyli dəyişikliklər baş verir. Sahibkarlıq riskinin azaldılması və müvafiq qərarların qəbul edilməsində zəruri olan informasiyaya tələbatın artdığı üçün informasiya və konsaltinq servislərinin xüsusi çəkisi artır;



- İstehsal sferasından işçi qüvvəsinin azad edilməsi və bu qüvvənin servis sektoruna yönəldilməsi, servislərə yeni tələbatların yaranması servis sferasının inkişafına səbəb olacaq və servis sferasının ölkə iqtisadiyyatında xüsusi çəkisi artacaqdır.
Yüklə 45,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin