Servis anlayışının tarixi İlk servislərin yaranma tarixi Orta əsrlər servisləri


Sənaye dövrü servisləri (XVIII – XIX əsrlər)



Yüklə 45,01 Kb.
səhifə4/6
tarix29.04.2022
ölçüsü45,01 Kb.
#56712
1   2   3   4   5   6
Mövzu 2. Servis fəaliyyətinin tarixi (hazırlanır)

Sənaye dövrü servisləri (XVIII – XIX əsrlər). Orta əsrlər dövrü istər bütövlükdə iqtisadiyyata, istərsə də servis sahəsində kapitalist münasibətərinə keçidin əsasını qoydu. Servis sektorunun inkişafına təsir edən əsas amillər aşağıdakılardır:

  • Yorucu əl əməyinin maşın əməyi ilə əvəzlənməsi, böyük maşın sənayesinin yaranması, müxtəlif ixtisas və peşələrə tələbatın formalaşması, peşə sahiblərinin iri sənaye sahələrində cəmləşməsi;

  • İşçilərin təhsil səviyyəsinin, ixitsasartırılmasına sürətli ehtiyacın yaranması. İşçilərin müvafiq yeni ixtisas biliklərinə sahib olmaması iri sənaye sahələrinin inkişafına mane olurdu. 1813-cü ildə ingilis sənayeçisi R.Ouen işçilərin və onların ailə üzvlərinin təhsil səviyyəsinin yüksəldilməsi məqsədilə 1-25 yaş arası 759 nəfərlik “Xarakterin formalaşması İnstitutu” açdı. Burada uşaqlar üçün məktəb fəaliyyət göstərirdi. Ouen insanları bura cəlb etmək üçün, seminarlar və konsertlər keçirirdi. 1816-cı ildə Ouen tərəfindən “Yeni Xarakterin formalaşması İnstitutu”na uşaqlar, işləyən yeniyetmələr və böyüklər üçün uşaq bağcası və körpələr evini birləşdirdi.

  • Resursların sektorlararası yenidən bölüşdürülməsi – Bu zaman ən böyük resurslar bank sektorunda və iri istehsalatda cəmləşmişdi.

  • Şəhər əhalisinin artması;

  • Yeni ixtiraların olması, Harkraytın su maşını, Vattın buxar maşını kimi ixtiraların yaranması;

  • Yeni rabitə vasitələrinin və məlumat üsullarının yaranması: qəzetlər, jurnallar, filmlər, radiolar, televiziya və kompüterlər.

  • Ev təsərrüfatının transformasiyası, özünəservis prinsiplərindən peşə fəaliyyətinə və bazar münasibətlərinə əsaslanan ictimai servis sferasına keçid edildi.


Yüklə 45,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin