Orta əsr servisləri (V-XV əsrlər). Orta əsrlər servislərində ərəb-müsəlmanların təsirini xüsusilə qeyd etmək lazımdır. Çünki onların tarix səhnəsinə çıxması ilə servis sahəsində köklü dəyişikliklər yaranmağa başladı. İsman inancına zidd olmaya bilik və bacarıqlar inkişaf etdirilirdi. Təhsil, kimya, hesab əməlləri sahəsində yeni nailiyyətlər əldə edilmişdi. İnanca zidd olan bilik və bacarıqlar isə sadəcə olaraq məhv edilirdi. Bu səbəbdən bir çox elmi tədqiqatlar praktiki tətbiqini tapmamışdır.
Elm, mədəniyyət və servis sektorunda inkişafın beşiyi olan Çində iqtisadi həyatın inkişafı böyük töhfələr vermişdi.
Eyni zamanda Qərbi Avropada və Aralıq dənizi ölkələrində servis sektoru sosial və iqtisadi dəyişikliklərə məruz qalmışdır. Şimali İtaliyada kredit bank sistemləri formalaşmış, faizlə borc vermək, borc götürmək servisləri meydana çıxmışdır.Ticarət servisində də əhəmiyyətli transformasiyalar baş verdi. Belə ki, ticarətin təhlükəsizliyinə, ticarət fəaliyyətinin tənzimlənməsinə, məhsulların marketinqi kimi məsələlərin həllinə töhfələr verildi. Bu sahədə həmkarlar təşkilatları, assossiasiyalar və gildiyaları yarandı.