İnsanın sosial inkişafı onun cəmiyyətə daxil olması ilə başlayır. İnsan cəmiyyətdə iştirak edir, konkret adamlarla, kollektivin üzvləri ilə münasibətdə olur, ətraf aləmdə hadisələrin necə cərəyan etdiyinin mülşahidəçisinə çevrilir.Bioloji fərd sosial inkişaf prosesində formalaşır. İnkişafın nəticəsi insanın bioloji növ, sosial varlıq kimi formalaşmasıdır. İnsan şəxsiyyət kimi doğulmur, o, inkişaf prosesində şəxsiyyət kimi formalaşır.
N.Tusi “Əxlaqi-Nasiri” əsərində yazırdı ki, insanların eyniliyi onların məhvidir. İlahi hikmət müxtəlif maraq, fərqli qabiliyyətlər yaratdı ki, hər bir peşəyə meyl göstərsin, bir-birinə kömək etsin.