Elmə bu da məlumdur ki, iqtisadi və mədəni şəraitə, normal mühitə düşüb təlim-tərbiyə aldıqda, onlarda qabiliyyətlər yüksək səviyyədə inkişaf edir. (A.N.Leontyev “Psixikanın inkişafı problemləri” əsərində Paraqvayda quayakilər qəbiləsindən olan qız)
XVI əsrdə yaşamış C.Lokk ictimai mühitin rolunu yüksək qiymətləndirmiş, “ağ lövhə” nəzəriyyəsi ilə irsiyyətin rolunu inkar etmişdir.
İnsan şəxsiyyət olmaq imkanı ilə doğulur. İnsanın fərdi inkişafı, onun şəxsiyyət kimi formalaşması son mərhələdə ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən, istehsal müəssisələrindən asılı olur. İnsan şəxsiyyətinin formalaşmasında ictimai mühit və şəraitin böyük əhəmiyyəti vardır.