GEYİMLƏ
QARŞILAYIRLAR
Geyim
İnsanın
mədəniyyətini həm də gözəl geyim nəzə
rə
çarpdırır. Geyim nə qədər məqsədəuyğun və cəlb
edici
olsa,
bir
o qədər etiket qaydalarına cavab verər.
Zövqlə
seçilmiş geyim,
xoşagələn xarici görünüş insa
nı əzmli,
inamlı və ciddi
göstərir.
Yaxşı geyinmək
üçün heç də qarderobun paltarla dolu olması vacib
deyil.
Burada
əsasən zövqə
və dəbə üstünlük verilmə
lidir.
İctimai
şəraitdə, müəyyən vaxtda
geyimə,
zinət
əşyalarına və
şairəyə
münasibətdə bu və ya başqa zöv
qün üstünlüyü
dəb adlanır. Bunlar görünüşə təbiilik
verir.
Dəbdə hüdud,
vaxt, zövq və yaş nəzərə
alınır.
Geyimin
gözəlliyi
onun təyinatından
asılıdır: iş
və
ev,
bayram və şəhərkənarı gəzinti geyimləri.
Yalnız gözəgəlimli, boy-buxunlu, yaraşıqlı, incə
hərəkətli
və mədəni danışıqlı insanlara zərif geyimlər
çox
yaraşır.
Müasir
dəb yalnız hərtərəfli deyil, o həm
də çox
hərəkətli
və demokratikdir. Ümumiyyətlə, dəbə fərdi
yanaşmaq
lazımdır. Dəbdə dəqiqlik və daimi gözəllik
yoxdur.
Dünən
münasib olan bu gün yaxşı ola bilər, sa
bah isə onu çoxları qəbul edər. Bəziləri dəbi
çox tez
götürürlər. Bu əsasən gənclərə aiddir.
Çünki gənclər
sabitliyin
və
köhnəliyin tərəfdarı deyillər,
dəbdə olan
geyimlərin
tələbinə çox
tez uyğunlaşırlar.
Müasir,
universal
geyimlər - jilet, sviter (toxun
muş yun
köynək), köynək,
yubka, tuman, şalvar və on
ların
müxtəlif cür istifadəsi
yeni gejim variantı
yaratması
ilə
fərqlənir. Bünunla bərabər,
aksessuara
(əlavə
şeylərə)
və rənglərə
əhəmiyyət verilir.
Gənclərin
uydurmaları,
xülyaları,
hər şeyi istədikləri
kimi istifa
də
etmələri,
geyimi dəbə uyğunlaşdırıb, yaraşdırmaq
istəyi yüksək qiymətləndirilir. İstəyimizdən
asılı
olma
yaraq, dəb cəmiyyətin ümumi tələbidir, marağıdır və
əksəriyyətin həvəsi, zövqü kimi meydana çıxmışdır.
Dəb
yaşa,
zövqə və
imkana görə
dəyişir.
Dəb
xoşa
gəlməyə bilərmi? Əlbəttə, bu mümkün
dür.
Dəbə kor-koranə aludə olunmamalıdır. Həm
də
dəb
çox dəyişkəndir,
onun
tələbləri ümumi göstərişdir.
Dəblə geyinmək üçün nə lazımdır? Hər bir şəxs dəbin
tələbini nəzərə alıb, onu özünə uyğunlaşdırmalıdır.
Küçədə, nəqliyyatda cavanların geyimindən və
xarici görünüşündən
qocaların tez-tez
hiddətləndikləri
nin
şahidi
oluruq.
Yeniyetmə
gənclər saçlarının düzümünə, geyimlə
rinə,
bəzək əşyalarına
görə valideynləri və tərbiyəçilə
ri tərəfindən tez-tez
təmbeh
olunurlar. Buradan belə
bir sual meydana çıxır: Cavanları əhatə edənlərin onla
rın
geyiminə qarışmasına və
müəyyən qərar qəbul et
mələrinə səlahiyyətləri çatırmı? Məncə, yox. Hər bir
adamın öz zövqünə u ğun
və müasir dəb ilə geyinmək
hüququ var.
Xarici
görünüş və geyim
şəxsi iş ola bilərmi?
İki
cavanın teatra
cins
və
sviterdə
gəlməsindən
hiddətlənmək lazımdırmı?
Əlbəttə, yox.
Nəhayət, əgər
şəxs
özünü
ədəbli
aparırsa, xeyirxahdırsa, sadədirsə,
onda
nə
saç
düzümü,
nə geyim,
nə də qrim heç bir əhə
miyyət kəsb etmir.
Bunun üçün heç bir təsdiq olunmuş
qayda
yoxdur, hər bir adamın özünəməxsus fərdi xüsu
siyyəti, zövqü, hissi və üslübu var.
Yeri
gəlmişkən
demək lazımdır ki,
bəziləri zövqü
yalnız rəng seçmək bacarığında, paltarı özünə uyğun
laşdırmaqda görürlər.
Bunlar vacib şərtlər olsa da,
əsil
zövq yuxarıda göstərilənlərdən daha genişdir.
İlk
növbədə inkişaf
etmiş zövq həddi-hüdudu (bir
geyimdə
neçə rəng, təfsilat, naxış olsa yaxşı
görünər,
onları
necə
uyğunlaşdırmaq lazımdır və s.) və şəraiti
(bu
və digər şəraitə uyğun gələ bilər) müəyyən etmək
bacarığıdır.
Zövqün həddi-hüdudunun
əsasını özünə
və
əhatədəkilərə
hörmət
təşkil
edir. Məsələ ondadır ki,
hədd-hüdud,
hissetmə və zövq özbaşına yaranmır, o
169
168
tərbiyələndirir.
Bu təkcə
insanın geyimində deyil, həm
də digər
xüsusiyyətlərdə nəzərə alınmalıdır.
İnkişaf etmiş zövq
deyəndə biz geyinmək bacarı
ğını,
özünü necə aparmaq qaydalarını, ünsiyyət mədə
niyyətini
başa
düşürük.
Vaxt bunları dəyişdirmir. Dəb
isə
çox
tez-tez
dəyişir və insanların xarici görünüşünə
rəngarənglik
verir.
Dəb ilk dəfə etiket forması kimi Avropada zadə
ganlar üçün yaranmışdır. O vaxt dəbə riayət
etmək çox
vacib
idi. Geyimlərin hazırlanması üçün
xeyli parçadan
istifadə
edildiyindən, bu əsasən
varlılar arasında yayıl
mışdı.
Dəb yalnız axırıncı
yüzillikdə bəzi təbəqələr ara
sında
yayılaraq, kütləvi xarakter almışdır. 70-ci illərin
başlancığında isə dəbdə kütləvi dəyişikliklər baş verdi.
O vaxtdan başlayaraq, dəbdə
stil
anlayışı müəyyənləşdi,
özünəməxsusluğu
ilə
seçilən cins
və klassik formalı ge
yimlər
dəbə
düşdü. Bu isə stillərin uyğunlaşdırılmasına
və
geyimlərin
bir-birinə
əlavələrinə
gətirib çıxardı.
Mədəni
geyimi müəyyən edən əsas tələblər bun
lardır:
- Səliqəli,
təmiz və ütülü geyim, düymələrin bağ
lı
olması.
Geyindiyimiz paltar olduqca səliqəli tikilmə
lidir. Yadda saxlayın ki, əgər paltar yaxşı və səliqəli
tikilməmişsə,
onun
dəbindən çox nöqsanları
gözə çar
pacaq;
-
Çəkmə təmiz və səliqəli olmalıdır. Çəkmənin da
banlarına
diqqət vermək lazımdır. Yeyilmiş, əyilmiş,
əzilmiş
daban
və ona yapışmış çirk dəbinizə
və gözəl
liyinizə
xələl gətirər;
- Xüsusi
saç düzümü
ilə məşqul
olmasanız da,
saçlarınız həmişə
təmiz olmalıdır.
Bunlardan
başqa, qəşəng yeriş,
gülümsər
sifət,
zəriflik
müasir insan görünüşü
yaradır.
Dəbə uyğun və ləyaqətlə geyinmək üçün qarderob
təxminən necə olmalıdır? Əksər vaxtlarda qarderobda
geyim çox olur,
geyinməyə isə heç nə tapmırsan.
Qarderobu zəngin olmayan,
lakin
zövqlə geyin
mək
istəyənlərə
bir neçə məsləhət. Təzə alınan paltar,
üst
köynəyi, kostyum ilk növbədə Sizin həyat tərziniz
dən,
işinizdən, yaşınızdan asılıdır. Məsələn, boş vaxtı
nızın
çox hissəsini idmanla məşqul olursunuzsa, onda
təzə
idman kostyumu, pulover, şalvar
geyinmək
lazım
dır,
nəinki bəzəkli paltarlar. Əgər teatr həvəskarısınız-
sa,
onda Sizə axşam paltarı və ya təmtəraqlı kostyum
lazımdır.
Ancaq bu o demək deyil ki, idman həvəskarı
na
axşam paltarı və
bəzəkli kostyum, teatr həvəskarı
na isə idman şalvarı lazım deyil.
Qadın dəbi
kişi dəbinə nisbətən
çox tez-tez
dəyi
şir. Buna görə də qadın dəbi qayğı tələb edir. Ancaq ki
şinin
qayğısı başqa
xarakter daşıyır. Son illər kişi qar
derobuna
standart kostyum, iki-üç köynək,
jilet, gö
dəkcə
və
idman kostyumu daxil
edilib.
Kişi
qarderobu
Kişi geyimləri
sadə, dəbə uyğun, məqsədyönlü,
lakin
gözəçarpmayan rənglərdə olur. Müasir kostyum,
təmiz
köynək, zövqlə seçilmiş qalstuk kişi geyiminin
ahəngini
təşkil
edir. Daha ciddi kostyumlar tünd göy,
tünd boz və ya başqa rənglərdə olmalıdır. Belə kostyu
mun şalvar
və pencəyini başqa kostyumun pencək və
şalvarı
ilə də
uyğunlaşdırmaq olar.
Əgər
mülayim
iqlimdə və ya cənubda
yaşayırsı
nızsa,
mütləq
pambıq və ya süni parçalardan tikilmiş
kostyuma
və ya rəngi gödəkçəniz ilə uyğunlaşan şalva
ra
üstünlük verməlisiniz.
Dəblə geyinən kişilər köynək, qalstuk və corabdan
yaraşıqlı bir
geyim ansamblı yaratmış olarlar. Bu
olduqca
gözəl
görünər.
Köynək
qalstuka,
kostyuma və
şalvara uyğun gəl
məlidir.
Çox ciddi kostyumla idman köynəyi və ya svi-
ter
geyinmək
yaxşı deyil. Buna baxmayaraq, kişilər
son
illər gəzintiyə çıxarkən, kostyumla nazik sviter
geyinirlər.
Kobud
sviteri daha çox velvet və ya idman
şalvarı
ilə geyinmək
yaxşı olar. İdman kostyumuna bə
zəkli
köynək və kəpənəkli qalstuk
yaraşmır.
170
171
Boz,
boz mavi, göy
kostyuma ağ, açıq boz, mavi,
bir rəngli xırda zolaqlı, incə dama-dama köynəklər ya
raşır.
Qəhvəyi,
açıq qəhvəyi, bej, yaxud qırmızı rəngli
kostyumlara
ağ, açıq qəhvəyi, boza çalan
çəhrayı, qara
rənglərə
isə
ağ rəngli köynək yaraşır.
Zolaqlı kostyumla dama-dama köynək və ya
əksi
nə dama-dama kostyumla zolaqlı köynək geyinmək yax
şı
deyil.
Rəngbərəng
və əlvan kostyuma bir rəngli köy
nək
yaraşır. Köynək
və kostyum bir-biri ilə ziddiyyət
təşkil
edə bilər.
Köynəyinizin
yaxalığı
bir ölçü böyük və azacıq
uzun
olarsa,
yaxşı
görünər və özünü sərbəst hiss edər
siniz.
Kişi
kostyumunda xüsusi ilə, qalstuk diqqəti cəlb
edir. Bu
kişinin vizit kartoçkasıdır. Bir çox qadınlar
kişinin qalstukunda onun zövqünün
incəliyini
görürlər.
Qalstukun rəngi, naxışı kostyumun parçasına
və
köynəyə görə
seçilir. Bir rəngli köynəyə
naxışlı, zo
laqlı və xanalı
qalstuk yaraşır. Açıq rəngli kostyumla
açıq
(parlaq),
axşam
kostyumu
ilə təbii və
süni ipək
qalstuk yaxşı görünür.
Xırda
naxışlı parçadan tikilmiş kostyuma istəni
lən
qalstuk yaraşır. Alabəzək kostyumla isə rəngə
uy
ğun qalstuk taxılır. Qalstuk kostyumla bir rəngdə, ya
xud
açıq
və ya tünd rəngdə olmalıdır.
Kostyum və qal
stuk
rəngli də ola bilər.
Kəpənəkli qalstukla yalnız
rəs
mi
görüşlərə gedirlər, tdman köynəyinə, eləcə də, yun
köynəyə
qalstuk
lazım deyil. Qalstuk həm
də papağın
və corabın rənginə uyğunlaşdırılmalıdır. Hazırda sər
bəst,
köynəyə
yatan, çox da
bərk çəkilməyən, sancaq-
sız, bəzəksiz qalstuk
dəbdədir. Qalstuk səliqəli
və
düzgün
bağlamalıdır.
Kostyum
çəkmə ilə tamamlanır. Yaraşıqlı çəkmə
geyinən
şəxs zövqlə
geyinmiş hesab
olunur. Xarici
görünüşdə bunun mühüm əhəmiyyəti var. Qara rəngdə
olan bayram
kostyumu ilə ağ
köynək və qara çəkmə
geyinmək
yaxşıdır. Qara kostyuma
açıq qəhvəyi
və
qəhvəyi
rəngli
çəkmə yaraşmır. Tünd kostyumla tünd
qəhvəyi
və ya qara, açıq rəngli kostyumla isə açıq qəh
vəyi, boz,
qırmızı, qəhvəyi rəngli ayaqqabı geyinmək
olar.
Bej rəngli kostyuma qara idman çəkməsi yaraş
mır.
Eləcə də, dabanı açıq sandal gəzinti kostyumuna
yaraşmır.
Kişilər
yadda saxlamalıdırar ki, corab şalvarın
rəngindən
açıq olmamalıdır.
Soyuqdan
qorunmaq
üçün
kişilər çox vaxt plaş və
palto
ilə papaq, əlcək geyinirlər.
Bunlar da xarici
geyi
mə
uyğunlaşmalıdır. Məsələn, idman gödəkçəsinə kəna
rı
hündür və enli məxmər papaq yaraşmır.
Belə papaq
la qəşəng palto
və plaş geyinmək lazımdır. Gödəkçəyə
isə
beret, idman
papağı yaraşır. Kişi nə qədər ciddi,
təmkinli
olsa belə,
əldə toxunan kiçik idman papağı re-
dinqotla çox
mənasız
və gülməli görünür.
Şərf
və çanta
nəzərə alınmazsa, bu
qədər.
Qadın
qarderobu
Qadının bəzəyi onun gözəlliyi və tərbiyəsidir. Qa
dının
qarderobu
onun həyat tərzinə, yaşına,
maraq da
irəsinə
və həvəsinə uyğun olur. Qadın geyimi dəbinə və
zərifliyinə görə seçilir. Müasir qadın dəbi keçmiş,
uzun
müddətli
dəbin əksinədir. Qadın yaşlaşdıqca, tünd ge
yinməlidir.
Həm
də qadın gözəlliyinin yarısı dərzidən asılı
dır.
Özünü
geyimə yox, geyimi özünə uyğunlaşdırmalı
san.
Qadın
qarderobu nisbətən
mürəkkəbdir. Çünki
nəyi
hara və
necə geyinməyin dəqiq,
düzgün
qaydası
yoxdur. Bundan başqa
qadınlar nisbətən ixtiraçılığa
və
zərifliyə
malikdirlər.
Qadınlar geyimlərinin əsas
hissəsində
deyil,
onun bəzəyində tez-tez dəyişiklik
edirlər.
Hətta
dəbdən düşmüş sviteri^ yubkanı hər
bir
qadın
bəzək əşyalarından - şərfdən, sancaqdan istifadə
edərək,
dəbə
uyğunlaşdırar
və yeni geyim ansamblı ya
rada
bilər.
172
173
Qadın
geyimi
kişi
geyiminə nisbətən az formalı
dır.
Bundan əlavə, qadınlar üçün
həm
də gigiyena və
kosmetikadan
istifadənin xüsusi qaydaları var.
Qadınlar
üçün aşağıdakı geyimlər məsləhət
görülür: xəzli
və demisezon palto (axır zamanlar demi-
sezon
palto gödəkcə ilə əvəz olunub),
plaş, idman
kostyumu,
gödəkcə,
şalvar,
yubka, köynək, cemper,
sviter,
iş paltarı, gəzinti
kostyumu.
Qadının
geyimini
əsasən
bəzək əşyaları - çəkmə,
şərf,
şlyapa çox
yaraşıqlı göstərir.
Onlar nə qədər çox
olarsa, o qədər
müxtəlif ansambl
və səliqəli geyim vari
antları
yaratmaq olar. Bu həm də yeni geyim variant
larının yaradılmasını
asanlaşdırar.
Baş geyimi qadın tualetinin
aparıcı (əsas) hissə
sini
təşkil
edir.
Qadının gözəlliyini həm də saçın
düzümü
və ayaqqabı ilə qiymətləndirirlər. Dabanı ye
yilmiş ayaqqabı zərifliyin,
qəşəngliyin düşmənidir.
Yaxşı ayaqqabı həm də onun rahat olmasındadır.
Bazara və mağazaya gedərkən,
hündürdaban çək
mə
geyinmək
məsləhət deyil. Teatra isə corabsız san
dalla
getmək yaxşı deyil.
Corabın da dəbi tez-tez dəyi
şilir:
tünd və ağ, bəzəkli, bəzəksiz, torlu, tikişli, tikiş
siz,
tünddabanlı və
s. Qızmar yay
günündə çəkməni ya
lın
ayağa
geyinmək lazımdır (ayaqlar
mütləq təmiz ol
malıdır). Bəzən barmağa və dabana çəkilmiş
qısa corab
səndəlin
kənarından
çıxır. Bu isə çox
səliqəsiz
görünür.
Yadda
saxlayın ki, yayda
və qışda
mərasim
lərə
zövqlə seçilmiş corab geyinmək lazımdır.
Əksər
qadınlar
geyimlərinin dəbə
uyğun və gözəl
olmasını
istəyirlər. Bu nöqteyi-nəzərdən klassik
stildə
yaxşı
parçadan
səliqəli tikilmiş kostyum gözəl geyim
hesab
edilir.
Belə kostyum müxtəlif köynəklərlə, bə
zəklərlə,
çəkmələrlə, eləcə də, digər əlavələrlə (corab,
kəmər)
bütövlükdə dəyişilir. Rəngi
və parçası uyğun
gələn
iki kostyumla bir neçə
köynək və sviter müxtəlif
geyim ansamblı yaradır.
Əvvəllər
və hətta indi də bəzi qadınlar belə fikir
dədirlər
ki, əlcəyin rəngi çantaya, çəkməyə,
kostyuma
və
ya
paltara uyğun
gəlməlidir.
Lakin onların
heç də
eyni
rəngdə
olması vacib deyil. Burada çəkmənin çan
taya,
şərfin isə papağa uyğun gəlməsi
kifayətdir. Bun
lardan
başqa
bitərəf rənglər də var. Burada iki geyimin
rənginin bir-birinə uyğun gəlməsi vacib
deyil (qara,
tünd
boz, ağ, sarıya çalan açıq qəhvəyi).
Qadının
xarici
görünüşünü xoş
ətir
iyi tamam
layır.
Lakin
ondan ehtiyatla istifadə edilməlidir. Yox
sa elə fikirləşərlər ki,
kəskin iyli ətirdən xoşagəlməz
iyin qarşısını
almaq üçün
istifadə edilib.
Təbiət
qadına harmoniya və gözəllik bəxş edib.
Bu harmoniyanı isə
geyim tamamlayır.
Məqsədəuyğun geyim
Bahalı və
təzə paltarlar geyinmək vacib deyil.
Əsas
məsələ paltarın
təmiz və səliqəli olmasındadır.
Sə
liqəli,
ütülənmiş köynək, şalvar, təmiz ayaqqabı hətta
təzə və ütüsüz geyimdən daha yaxşı
görünür, rəğbətlə
qarşılanır.
Geyim
vəziyyətə
və şəraitə uyğunlaşdırılmalıdır.
İşə axşam
paltarında,
restorana, teatra isə
iş paltarın
da
getmək düzgün deyil.
Yaxşı
zövq
bir
anbar paltarın
olmasını tələb et
mir. Əsas məsələ
paltarlardan düzgün
istifadə etmək
dən,
onları yaxşı saxlamaqdan və müasir tələblərə uy
ğunlaşdırmaqdan
ibarətdir.
Maliyyə
imkanları, boy-buxun
və
yaş hansı stili qə
bul etmənizi
diktə edir. Geyim boy-buxununuzun
üstün
cəhətini göstərməli,
eyibli
tərəfini isə gizli saxlamalıdır.
İş paltarının
modelinin, saç düzümünün, ayaqqa
bının
və
rəngin
böyük əhəmiyyəti var.
Geyiminiz
elə olmalıdır ki,
ətrafınızdakılar işləri
ni
atıb Sizinlə
maraqlanmasınlar. Bununla yanaşı;
ge
yim
həm də çox
rahat olmalıdır. Ütüsüz paltar, qınlmış
düymə
və sallanmış ətək - bunlar kiçik məsələ
deyil.
175
174
İş
paltarının keyfiyyəti
onun səliqəli olmasında, gö
rünüşündə,
zərifliyində
və
rahatlığmdadır. Geyindiyiniz
paltar
qolu
yuxarı qaldırmağa, rəfdən kitab
götürməyə,
əyilməyə, rahat oturmağa və s. mane olmamalıdır.
Müəllimələr,
həkimlər, kitabxana
işçiləri günün
çox hissəsini ayaqüstə
olduqları üçün işə alçaqdabanlı
ayaqqabı
geyinməlidirlər.
Kişilər isə krosovkada deyil,
altı
nazik qara ayaqqabı geyinməlidirlər.
Kök (dolu) adamlara eninə zolaqlı parçadan, iri
şəkilli,
çox
açıq rəngli paltar geyinmək məsləhət
görülmür.
Belə geyimlər adamı başqalarının
gözündə
olduqca
kök (dolu) göstərir. İncə,
zərif görünmək üçün
tünd rəngli
və uzununa zolaqlı parçalardan tikilmiş
geyimlərdən istifadə edilməlidir.
Nəzərə
almaq lazımdır ki, müşayiət etdiyiniz şəx
sin
geyimindən çox şey asılıdır. Əgər
qadın
məxmər
parçadan
tikilmiş axşam paltarındadırsa,
Sizin idman
kostyumunuz heç
də yaxşı görünməyəcək, onda mütləq
frak
geyinməlisiniz.
Hazırda yaşdan
asılı olmayaraq çox
adam cins
geyinir. Cinslə
restorana, axşam görüşlərinə və s. get
mək
yaxşı hesab
olunmur.
Ev
geyimi
hətta adi
xalat belə, diqqət tələb edir.
Geyim
evdəkiləri əsəbləşdirməməli, təmiz
və səliqəli ol
malıdır.
Gözəl
və
yaraşıqlı
xalatda çoxlu bəzəklərdən isti
fadə etmək
düzgün deyil.
Xeyli paltarı olanlar
bir neçə
məsləhəti yadda
saxlamalıdırlar:
Köynəyiniz
xanalı, kostyumunuz
zolaqlıdırsa
və
ya
əksinə,
belə paltarlarla adam arasına çıxmayın. Ge
yimləri
bir-birinə
yaraşdırmaq lazımdır.
Əgər kostyumunuz
tünd rəngdədirsə, onda
köy
nək
açıq
rəngdə olmalıdır.
Saya rəngli qalstuk bütün kostyumlara yaraşır.
Rəngbərəng
qalstuk isə əsasən
kostyumun
modelindən,
parçanın bəzəyindən
və
rəngindən asılıdır.
Kostyumunuzun
naxışları
xırdadırsa, onu istəni
lən
qalstukla
geyinə bilərsiniz.
Bir-birinə əks rəngdə
olan paltarlar geyinməyi se
virsinizsə,
qalstuk
və kostyumdan başqa, digər tualeti
nizdə
də
uyğunsuzluq olmamalıdır.
Vaxt
qazanmaq
və əsəbiləşməmək üçün, bəzi ge
yimlərinizi
hazır saxlayın. Elə olmasın ki,
bir yerə ge
dən
məqamda kostyumunuzdakı ləkələri tələsik tə
mizləyəsiniz, köynəyinizin qopmuş
düyməsini tikəsi
niz,
corablarınızı səliqəyə salasınız.
Ucaboylu
və dolu qadınlar
parlaq açıq rəngli pal
tarlar geyinməməlidirlər.
Eləcə də, naxışlı bəzək əşya
larından
çəkinmək
gərəkdir. Arıq və incə qadınlar əsa
sən
açıq
rəngli və yüngül parçadan tikilmiş paltarlar
geyinməlidirlər.
Kostyum
və paltara parça seçərkən,
əsas
rəngə
fikir verilməlidir.
Parlaq
rəngdən çəkinmək lazımdır. Bu
xüsusilə ca
vanlara aiddir. Çünki belə
rənglər diqqəti tez cəlb edir.
Rəng
seçəndə mütləq yaş nəzərə alınmalıdır, çünki ca
vanlara
yaraşan
rənglər yaşlı adamlarda eybəcər görünür.
40
yaşdan yuxarı
qadınlar zərif rənglərdən çəkinməlidir
lər. Buraya göy və çəhrayı rənglər aiddir. Gənc qızlar
yayda san, qışda isə çəhrayı rəngdə paltar geyinməməli
dirlər.
Ağ
rəngli
paltarları həm gənclər, həm də yaşlılar
geyinə
bilərlər. Yüngül kisey parçadan tikilmiş paltarlar
gənclərin
əynində gözəl
görünür. 40
yaşdan yuxarı xa
nımlar yayda səhərlər evdə həmişə
ağ batist parçadan
tikilmiş
(nazik pambıq parça) paltar geyinə bilərlər.
Ana
qızı ilə eyni
geyinməməlidir.
Bəzən
ana gənc
görünmək
üçün
cavanlara məxsus rəngdə paltarlar
geyinir. Bu vaxt qız ananın yanında yaşından böyük
görünür.
Hətta
iki bacı (iki bacıdan çox)
heç vaxt eyni ge
yinməməlidirlər. Geyim yaşa uyğun seçilməlidir.
Göy
rəng
bənövşəyi rənglə tutmadığı kimi, yaşıl
göylə
və
qırmızı
ilə uyğun gəlmir.
Qırmızını
çəhrayı və
yaşıl ilə, çəhrayını isə sarı
176
177
ilə
geyinmək
düzgün deyil.
Mütləq ahəngdarlığa riayət
olunmalıdır.
Parçalara gəlincə isə, məxmər,
atlas və ağır ipək
parçalardan
tikilmiş paltarları yalnız qadınlar
və
yaşı
ötmüş
qızlar geyinirlər. Gənc qızlar isə ağır parçalar
dan
yalnız gəlin paltarı
tikdirə bilərlər. Yüngül parça
dan
tikilmiş geyimlər gənclərə rəqs gecəsində daha çox
yaraşar. 40
yaşına
qədər qadınlar
çarəsiz qaldıqda,
bundan
istifadə edə bilərlər. Paltarı fəsilə, günə və
vaxta
uyğunlaşdırmaq lazımdır. Səhərlər qışda gəzin
tiyə
çıxanda çox açıq geyinmək yaxşı deyil.
Bədəninizdə çatışmazlıq varsa və onu geyimlə giz
lətmək
istəyirsinizsə,
səhvə
yol verirsiniz. Belə ki, kök
(dolu) qadın arıq görünmək üçün dar paltar geyinir.
La
kin
belə paltarlarda
köklük daha aydın hiss olunur. Arıq
qadınlar
isə kök görünmək
üçün gen paltar geymirlər.
Bunu
başqa
cür həll
etmək mümkündür. Kök qadınlar
uzun,
gen,
hərəkətə mane olmayan, arıq qadınlar isə
azacıq
qısa
və bir az gen paltarlar geyinməlidirlər.
Boyu
gödək
olanlar hündür şlyapa,
hündür
boylular
isə yastı şlyapa geyinməlidirlər.
Dostları ilə paylaş: |