Sığınacaqların və radiasiya əleyhinə daldalanacaqların mühafizə xassələrinin təyin edilməsi plan : Sığınacaqların yerləşdirilməsi


Mühafizə qurğularının tipinin seçilməsi



Yüklə 382,3 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix22.12.2022
ölçüsü382,3 Kb.
#77277
1   2   3   4   5   6   7   8
NİCAT kopyası

2.Mühafizə qurğularının tipinin seçilməsi:
 Hər hansı obyektin müha-
fizə qurğularının tipi istehsal heyətinin etibarlı mühafizəsini və vəsaitə qənaəti 
təmin etməlidir. Mühafizə qurğuları seçilərkən obyekt yerləşən zonada ehtimal 
olan dağıntılar nəzərə alınır. Bunun üçün əvvəlki mərhələlərdə maksimal izafi 
təzyiqin (P
f.max
) tapılmış qiymətindən istifadə edərək obyektdə ola biləcək da-
ğıntıları təyin edir və mühafizə qurğularının tipini seçirlər. Bu zaman izafi təz-
yiqdən asılı olaraq zərbə dalğasının təsir zonasında sığınacaqlar, yaxud radiasiya 


əleyhinə daldalanacaq, zərbə dalğasının təsir dairəsindən kənarda isə radiasiya 
əleyhinə daldalanacaqlar tikilməsi nəzərdə tutulur. 
 
Binadan ayrı tikilən sığınacaqlar torpağa tam dərinləşdirilmiş və yerdən hün-
dür (torpaq suları olan yerlərdə) tikilə bilər. Belə sığınacaqlar monolit və ya yığ-
ma monolit dəmir-betondan tikilməli, üstü hündür torpaq qatı ilə örtülməlidir. 
Sığınacağın torpağa dərinləşdirilmiş hissəsi üçün hidroizolyasiya və drenaj dü-
zəldilməsi nəzərdə tutulmalıdır. 
Torpağa tam dərinləşdirilən sığınacaqlar bütün zədələyici amillərdən mühafi-
zəni daha etibarlı təmin edir. Sığınacağın üst örtüyü yerin səthindən hündür ol-
duqda isə, yerdən hündür divarlara zərbə dalğasının təsiri nəticəsində düşən yük 
artır və onların qoruyucu xassələri zəifləyir. Belə sığınacaqların mühafizə qabi-
liyyətini artırmaq üçün onların divarlarını torpaqla örtmək və ya istilikdən izol-
yasiya qatı äüzəltmək lazımdır. 
Sığınacaqlar leysan yağışları nəticəsində, eləcə də yerin üzərində, üst mərtə-
bələrdə və qurğulardakı maye tutumlar dağılarkən içəriyə su, digər mayelər ax-
ması ehtimallarından mühafizə edilməlidir. 
Əvvəlcədən tikilən sığınacaqlarda əsas və yardımçı otaqlar nəzərdə tutulur. 
Müalicə müəssisələrindəki sığınacaqlarda bunlardan başqa bufet və sanitariya 
otaqları da olur. 
Sığınacaqların həcmi planlaşdırma həlli hesablanmış zədələyici vasitələrdən 
mühafizə tələblərinə və qurğuların sülh dövründə istismarı şərtlərinə əsasən mü-
əyyən edilir. Bir qurğuda funksiyaların belə əlaqələndirilməsi həm iqtisadi cəhət-
dən sərfəlidir, həm də sığınacaqlar fondunun daha tez yaradılmasına imkan verir. 
Sığınacaqların həcmi planlaşdırma həlli qənaətcil, quraşdırma baxımından sa-
də olmalı, sülh dövründə binalardan iqtisadiyatın ehtiyacları üçün istifadə edil-
mənin normal şəraitini təmin etməli, daldalanan adamların otaqlara asanlıqla gir-
məsi, yerləşməsi və burada xeyli müddət qalmasına imkan verilməlidir. 
Sadalanan yardımçı təyinatlı otaqlar və oradakı mühəndis-texniki avadanlıq 
daldalanan adamların sığınacaqda xeyli müddət qalması üçün lazımi şəraiti təmin 
edir. 
Bu təyinatlı otaqları müfəssəl nəzərdən keçirək (şəkil 4): 
a) Əsas təyinatlı otaqlar 
Sığınma otaqları (SO) — əhalinin daldalanması və yerləşdirilməsi üçün bir, 
iki və üçmərtəbəli taxtlar (narlar) yerləşdirilən otaqlardır. 


Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0,45 x 0,45 
m, yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55 x 1,8 m hesabı ilə müəyyən edilir. 
Taxtların döşəmədən hündürlüyü birinci mərtəbədə 0,45 m, ikinci mərtəbədə – 
1,4 m və üçüncü mərtəbədə 2,15 m olmalıdır. Ən yuxarıdakı mərtəbədən otağın 
üst örtüyünə (tavanına) və ya tavan konstruksiyasının aşağı hissəsinədək məsafə 
ən azı 0,75 m götürülür (şəkil 5). 
Daldalanan adamların oturması və uzanması üçün yerlər stasionar ola bilər 
(sığınacaq tikilərkən düzəldilir). Əgər belə taxtlar sığınacaqlardan sülh dövründə 
təsərrüfat ehtiyacları üçün istifadə etməyə maneçilik törədirsə, onları sığınacağı 
mühafizəyə hazırlûq rejiminə keçirərkən düzəldirlər. 
Sığınacağın geniş sahəli otaqlarını 50–75 nəfərlik otaqlara bölmək lazımdır. 
İdarəetmə məntəqəsi (İM) — obyektin rəhbər heyətinin və MM qərargahının 
yerləşməsi üçündür. Belə məntəqə ən böyük iş növbəsində 600 və bundan artıq 
adam işləyən müəssisələrdə sığınacaqların tikilməsi layihələrində nəzərdə tutu-
lur. İdarəetmə məntəqəsi, adətən, mühafizəli elektrik təchizatı mənbəyinə malik 
olan sığınacaqlardan birində yerləşdirilir. O, iş və rabitə otağından ibarət olur. 
Adətən, idarəetmə məntəqəsini sığınacağın giriş yollarından birinin yaxınlı-
ğındakı otaqlarda yerləşdirir və odadavamlılıq həddi bir saatadək olan arakəsmə-
lərlə sığınacağın adamlar yerləşən digər otaqlarından ayırırlar. 
İdarəetmə məntəqəsində işləyən şəxslərin ümumi sayı ən çoxu 10 nəfər, hər 
adam üçün 2 m
2
sahə hesablanır. 
Bəzi iri müəssisələrdə nazirliyin və baş idarələrin icazəsi ilə idarəetmə məntə-
qələrində işləyənlərin sayı 25 nəfərədək artırıla bilər. 
Tibb məntəqəsi (TM) — sığınacaqda daldalanan adamlara ilk tibbi yardım 
göstərmək üçündür. Daldalanan adamların sayı 900–1200 nəfər olanda tibb mən-


təqəsinin sahəsi 9 m
2
müəyyən edilir. 1200 nəfərdən artıq hər 100 nəfər üçün tibb 
məntəqəsinin sahəsi 1 m
2
artırılır. 
Sığınacaqlarda həmçinin hər 500 nəfər adam üçün sahəsi 2 m
2
olan bir sanita-
riya postu nəzərdə tutulur, lakin hər qurğuda ən azı bir belə post olmalıdır. 
Tibb məntəqəsi "Müharibə dövründə mŠlki mühafizə qurğularının istismarı 
üzrə təlimat"a uyğun surətdə avadanlıqlaşdırılır. 
b) Yardımçı təyinatlı otaqlar: 
Süzgəcli ventilyasiya otağı (SVO) – sənaye tipli (stasionar) süzücü ventilyasi-
ya avadanlığının yerləşdirilməsi üçündür (şəkil 6). 
Süzgəcli ventilyasiya otağı, adətən, sığınacağın xarici divarlarının yanında, gi-
riş yollarının və ya qəza çıxış yollarının yaxınlığında yerləşdirilir. Bu otağın öl-
çüləri avadanlığın ölçülərindən və avadanlığa xidmət etmək üçün lazım olan sa-
hədən asılı olaraq müəyyən edilir. 
Ən vacib və məsuliyyətli məsələ bayırdakı ehtimal olunan zəhərlənmələr, yan-
ğınlar şəraitində, eləcə də hermetik qurğuda adamların xeyli müddət qalması nə-
ticəsində içəridəki havanın tərkibi pisləşərkən adamların tənəffüs üçün yararlı ha-
va ilə lazımi miqdarda təmin edilməsidir. 
Sığınacaqlar bayırdakı hava hesabına hava ilə təchiz edilir. 

Yüklə 382,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin