— kino-teatr, mədəniyyət evləri, pansionatlar, istirahət evləri və bazalarının
binalarında;
— mövsümi olaraq yanacaq, tərəvəz, ərzaq, təsərrüfat alətləri saxlanılan an-
barlarda;
— kərpic və daş binaların zirzəmilərində və yerüstü mərtəbələrindəki otaqlar-
da.
Radiasiya daldalanacaqları üçün yer seçərkən mühafizəedici konstruksiyaların
ionlaşdırıcı şüalanmalardan mü´afizəsini daha etibarlı təmin edən və zərbə dalğa-
sının təsirinə daha davamlı olan zirzəmilərə və kürsü mərtəbələrə üstünlük ver-
mək lazımdır.
Radiasiya daldalanacaqlarını çoxmərtəbəli binaların
birinci mərtəbələrində
yerləşdirərkən ilk növbədə digər otaqlardan əsaslı divarlar və arakəsmələrlə ayrı-
lan və təbii işığı olan yerlərdən (koridorlar, xollar, dəhlizlər və s.) istifadə etmək
lazımdır.
Beləliklə, zərbə dalğasının təsir dairəsindəki radiasiya daldalanacaqları zirzə-
milərdəki, yerdən aøaˆû və
kürsü mərtəbələrdəki otaqlarda,
eləcə də yerüstü kər-
pic (daş) binaların birinci mərtəbələrindəki təcrid olunmuş otaqlarda, onların ava-
danlıqlaşdırılması üçün minimal əməl və vəsait sərfi nəzərdə tutulmaqla yerləş-
dirilməlidir.
Radiasiya daldalanacağı əsas və yardımçı otaqlardan ibarət olur (şəkil 10).
Əsas otaqlar: daldalanma otağı, tibb məntəqəsi və lazımè hallarda–ana və uşaq
otağı. Yardımçı otaqlar: sanitariya qovşağı, ventilyasiya otağı, çirklənmiş üst pal-
tarları saxlamaq üçün otaqlar.