Шүбһә доғуран суаллар


Sual 29: Dünyaya behişt vəd edən sekulyarizm nədir?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə13/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   9   10   11   12   13   14   15   16   ...   60
Şübhə doğuran suallar

Sual 29: Dünyaya behişt vəd edən sekulyarizm nədir? 
Cavab: Müasir anlamada sekulyarizm qərbdə Makiavelli 
tərəfindən bünövrəsi qoyulmuş bir cərəyandır. O, kilsənin tə`siri 
ilə inansa da ki, siyasətin məqsədi Allahın razılığını qazanmaqdır, 
daim belə bir sual vermişdir: “Allahı razı salacaq siyasət varmı?” 
Makiavelli öz sualına özünəməxsus bir cavab tapmışdır: “Allahın 
razılığı bəndənin razılığında olduğu üçün bəndəni razı salmaq 
kifayətdir.” Beləcə, özündənrazı alim diqqəti Allahdan yayındırıb, 
insana yönəltmişdir. 
Makiavellinin nəzərincə, insanın dəyəri onun imanı ilə yox, 
ağlı ilə ölçülməlidir. Avropada kilsənin mühafizəkarlığı, elmə 
qarşı çıxması sekulyarizm üçün yol açır. Həmin vaxtadək qərbdə 
dövlətlərin siyasi kursunu müəyyənləşdirən kilsəni dinsiz 
hökumətlər sıxışdırmağa başlayır. Sekulyarizmə görə insan dini 
dəyərləri kənara qoyub, yalnız əqlinə və elminə güvənməlidir. 
Əslində insanlıq və xeyirxahlığın, mə`nəviyyat və əxlaqın 


17 
üzərindən qara xətt çəkilirdi. İnsanın ağıl və elminin dəyər ölçüsü 
seçilməsi sırf cəfəngiyyat olsa da, əksər cəmiyyətlər bu mə`nanı 
dərk etməkdə aciz olmuşdur. Axı hamı bilir ki, ən ağıllı və ən 
elmli insan hələ ən yaxşı insan demək deyil. Ümumiyyətlə, ağıl və 
biliyin insanın yaxşı pisliyində tə`yinedici rolu yoxdur. 
Sekulyarizm üç əsas xüsusiyyətə malikdir: 
−Bu baxışa görə, dindarlıq fərdi bir işdir və cəmiyyətin 
həyatında heç bir rola malik deyil. 
−Sekulyarizm allahçılığı insançılıqla (humanizm) əvəz edir və 
cəmiyyətdə Allahın razılığı ilə bağlı bütün çərçivələr aradan 
qaldırılır. 
−Cəmiyyəti din mehvərindən məhrum edən bu baxış boşluğu 
doldurmaq üçün dil, millət, irq kimi ölçülərə üz tutur. 
Sekulyarist cəmiyyətdə qanunverici və icraçı orqanlar 
dinsizləşdirilir, təhsildə din qadağan olunur, dini dəyərlər gerilik 
amil kimi tanıtdırılır. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin