15
Əsrin imamının Xəzra adasında olması barədə din alimlərinin
mö`təbər hesab etmədiyi bir hədis var. Bu hədisi nəql edən şəxs
(Əli ibn Fazil Mazəndərani) haqqında qəti bir fikir yoxdur. Əgər
rəvayət özü mö`təbər deyilsə,
onun tətbiqi, yə`ni Xəzra adasının
Bermud üçbucağında olması iddiası tam əsassızdır.
Sual 27: İrfan məktəbində din və siyasət arasında hansı əlaqə
var?
Cavab: Dinin üç əsası var: e`tiqad, əxlaq və əməl. Heç bir din
bu üç əsas olmadan gerçəkləşə bilməz. Dini tanımaq üçün hər üç
əsasla tanışlıq lazımdır. Bu üç əsasdan birinə diqqətsizlik göstərən
şəxsin dini biliyi naqisdir.
Amma insanların düşüncə tərzi və qavrayış
tutumu müxtəlif
olduğundan dinə münasibətdə baxışlar da fərqlidir. Tarixə nəzər
salsaq əsasən üç baxışla rastlaşarıq: e`tiqadı
əsas götürən fəlsəfi
baxış, şəriəti əsas götürən fiqhi baxış və əxlaqı əsas götürən əxlaqi
baxış.
Sözsüz ki, dinə birtərəfli baxış yanlış nəticələrə gətirir. İrfan
tarixi boyu çox ariflər sərvət və qüdrətdən çəkindikləri üçün dini
siyasətdən ayırmışlar. Amma İslam Peyğəmbərindən (s) rişələnən
həqiqi irfan siyasətdən ayrı deyil. Həzrət Peyğəmbərin (s) və
həzrət Əlinin (ə) həyatı ilə tanış olsaq,
həqiqi dinin siyasətdən
uzaq olmadığını təsdiqləyərik. Siyasət və hakimiyyət olmadan
Allahın göstərişlərini icra etmək mümkünsüzdür.
Özünü dindən
ayırmayan irfan dini siyasətdən ayıra bilməz.
Dostları ilə paylaş: