27
Cavab: Müasirimiz olan Mehdi Hairi dini hökuməti mə`nasız
hesab etmişdir. Bu şəxs yalnız dövrümüzdəki dini hökumətləri
inkar etməklə kifayətlənməyib, hətta İslam Peyğəmbərinin (s)
qurduğu hökumətin də dini olmadığını iddia edir. O, öz “hikmət
və hökumət” kitabında yazır:
“İnsan azad yaşaya biləcəyi bir məkana ehtiyaclı və bağlıdır.
Bu bağlılıq təbii şəkildə insanın həmin fəzaya sahib olmasını tələb
edir. İnsan müştərək yaşayış üçün daha böyük fəzaya müştərək
sahiblik hissinə malikdir. Bu sahiblik təbiidir və heç bir
razılaşmaya ehtiyac yoxdur. Cəmiyyətin bütün fərdləri yer üzünün
müştərək sahibləridir.
Bir ərazidə hökumət qurmaq daha yaxşı yaşayışın tə`mini
üçün vəkil seçməkdir. Əgər cəmiyyətdəki fərdlər bir şəxsin
vəkilliyinə razı deyillərsə, çoxluğun seçimi əsas götürülməlidir.”
Bu baxışlar təkcə din tərəfindən yox, bütün siyasi və hüquqi
məktəblər tərəfindən inkar olunur. Məsələn, insan, Mehdi Hairinin
iddiasının əksinə olaraq, sahibsiz torpaqdan başqa heç nəyi
mülkiyyəti hesab edə bilməz. İddiaçı “müştərək yaşayış fəzası”
dedikdə qeyri-müəyyən bir ərazi haqqında danışır. Bu fəzanın
məhəllə, kənd, şəhər və ya bütün yer üzü olduğu bilinmir. Bu fəza
hüquqi gücə malik deyil.
Mehdi Hairi hökumət başçısını müştərək vəkil hesab edir.
Hansı ki, insan istədiyi vaxt vəkildən imtina edə bilər. Belə bir
hökuməti e`tibarlı hesab etmək olmaz.
Alimin bütün iddialarının əsassızlığını sübut etmək, təəssüf
ki, kitabın imkanlarından xaricdir.
Dostları ilə paylaş: