Шүбһә доғуран суаллар


Sual 42: Seyyidlərin başqalarından üstünlüyü Allahın  ədalətinə sığırmı?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə20/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   16   17   18   19   20   21   22   23   ...   60
Şübhə doğuran suallar

Sual 42: Seyyidlərin başqalarından üstünlüyü Allahın 
ədalətinə sığırmı? 
Cavab: Allahın ədaləti tələb edir ki, hər kəs e`tiqadına, 
əməllərinə, 
niyyətinə, 
danışığına 
və 
rəftarına 
görə 
qiymətləndirilsin. Əgər seyyidlər başqalarına nisbətən daha 
e`tiqadlı və abiddirlərsə, onların üstün tutulması Allahın ədalətinə 
tam uyğundur. 
Genetik baxımdan mə`sum imamlarla bağlı olan seyidlər üçün 
doğru yolu tutmaq daha asandır. Amma imamlarla bağlılıq hər 
şeyi həll etmir. Bə`zi seyyidlərin yolunu azması genetik amilin 
yetərli olmadığını göstərir. Yolunu azmış seyyidlər də başqa 
azğınlar kimi cəzalandırılır. Doğru yolu tutmuş adi insanlar isə 
ilahi ədalətin tələbi ilə mərhəmətə qovuşur. 
Sual 43: Hər şeyin xəlq edəni varsa, Allahın xaliqi kimdir? 
Cavab: Hər mövcudun xaliqə, hər hadisənin səbəbə ehtiyaclı 
olması doğrudur. Amma belə bir qanunun bütün varlıqlara aid 
olmasına heç bir dəlil yoxdur. Allahın varlığını sübut edən dəlillər 
Onun ehtiyacsız olduğunu göstərir. Mütləq ehtiyacsız varlıq isə 
səbəbə də möhtac deyil. 
İslam fəlsəfəsində “vacibəl-vücud” və “mümkünəl-vücud” 
terminləri var. İnsan mümkünəl-vücuddur, yə`ni o olmaya da bilər. 
Allah isə vacibəl-vücuddur, yə`ni Onun olmaması mümkünsüzdür. 
Səbəbə ehtiyac, olmaması mümkün olan mövcudların 
xüsusiyyətidir. 


26 
Demək, Allahın nəyə isə ehtiyaclı olduğu mə`lum olduqdan 
sonra Onun səbəbə ehtiyacı barədə danışmaq olar. Allahın 
ehtiyacsızlığı isə hələ ki, kimsədə şübhə doğurmur. 
Sual 44: Dini hökumət qurmaqda məqsəd ilahi qanunları 
hakim etməkdir, yoxsa dini cəmiyyət qurmaq? 
Cavab: Dini cəmiyyət dedikdə dinə inanan, dini sevən, 
dindar yaşayan bir cəmiyyət nəzərdə tutulur. Belə bir cəmiyyətdə 
dini dəyərlərə əhəmiyyət verilir, din əsasında hüquqi idarəçilik 
tənzimlənir, fərdi və ictimai münasibətlər dini qanunlarla 
müəyyənləşir. Yuxarıda deyilənlərdən mə`lum olur ki, dini 
hökuməti dini cəmiyyətdən ayrıca müzakirə etmək düzgün deyil. 
Dini hökumətin vəzifəsi dini cəmiyyət qurub, onu qorumaqdır. 
Yə`ni hakimiyyət son hədəf yox, cəmiyyətin xoşbəxtliyini tə`min 
edən orta hədəf və ya vasitədir. İmam Sadiq (ə) buyurur: “İslamda 
vilayət (dini hakimiyyət) qədər diqqət mərkəzində olan ikinci bir 
məsələ yoxdur.
61
Dini hökumətin zəruriliyinə dəlil olaraq bir neçə Qur`an 
ayəsinə nəzər salaq: 
“Hökm yalnız Allahındır, haqqı yalnız O bəyan edir. O ayırd 
edənlərin ən yaxşısıdır.”
62
“Dünyada da, axirətdə də sitayiş Ona məxsusdur. Hökm 
Onundur.”
63
“Onlar cahiliyyət dövrünün hökmünü istəyirlərmi? Yəqinliyi 
olan xalq üçün Allahdan daha yaxşı kim hökm verə bilər?!
64
“Məgər Allah hakimlərin ən üstünü deyilmi?!
65
“Nəyin haqqında ixtilafda olsanız, onun hökmü Allaha 
aiddir.”
66
“Allah sizə müfəssəl surətdə kitab nazil etdiyi halda, 
başqasını özümə hakim istəməliyəm?!
67
Sual 45: Dini hökumətə qarşı çıxan ruhaninin dəlili nədir? 
61
“Biharul-ənvar” c.2, s-18. 
62
“Ən`am” 57 
63
“Qəsəs” 70. 
64
“Maidə”, 50. 
65
“Tin”, 8. 
66
“Şura”, 10. 
67
“Ən`am”, 114. 


27 
Cavab: Müasirimiz olan Mehdi Hairi dini hökuməti mə`nasız 
hesab etmişdir. Bu şəxs yalnız dövrümüzdəki dini hökumətləri 
inkar etməklə kifayətlənməyib, hətta İslam Peyğəmbərinin (s) 
qurduğu hökumətin də dini olmadığını iddia edir. O, öz “hikmət 
və hökumət” kitabında yazır: 
“İnsan azad yaşaya biləcəyi bir məkana ehtiyaclı və bağlıdır. 
Bu bağlılıq təbii şəkildə insanın həmin fəzaya sahib olmasını tələb 
edir. İnsan müştərək yaşayış üçün daha böyük fəzaya müştərək 
sahiblik hissinə malikdir. Bu sahiblik təbiidir və heç bir 
razılaşmaya ehtiyac yoxdur. Cəmiyyətin bütün fərdləri yer üzünün 
müştərək sahibləridir. 
Bir ərazidə hökumət qurmaq daha yaxşı yaşayışın tə`mini 
üçün vəkil seçməkdir. Əgər cəmiyyətdəki fərdlər bir şəxsin 
vəkilliyinə razı deyillərsə, çoxluğun seçimi əsas götürülməlidir.” 
Bu baxışlar təkcə din tərəfindən yox, bütün siyasi və hüquqi 
məktəblər tərəfindən inkar olunur. Məsələn, insan, Mehdi Hairinin 
iddiasının əksinə olaraq, sahibsiz torpaqdan başqa heç nəyi 
mülkiyyəti hesab edə bilməz. İddiaçı “müştərək yaşayış fəzası” 
dedikdə qeyri-müəyyən bir ərazi haqqında danışır. Bu fəzanın 
məhəllə, kənd, şəhər və ya bütün yer üzü olduğu bilinmir. Bu fəza 
hüquqi gücə malik deyil. 
Mehdi Hairi hökumət başçısını müştərək vəkil hesab edir. 
Hansı ki, insan istədiyi vaxt vəkildən imtina edə bilər. Belə bir 
hökuməti e`tibarlı hesab etmək olmaz. 
Alimin bütün iddialarının əsassızlığını sübut etmək, təəssüf 
ki, kitabın imkanlarından xaricdir. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin