Sual 57: İmam Hüseyn (ə) şəhadət məqsədi ilə Kufəyə üz tuta
bilərdimi?
Cavab: Bu nəzəriyyənin tərəfdarları öz baxışlarını belə
əsaslandırırlar:
Şiə imamlarının hər biri öz ilahi vəzifələri ilə tanış olarkən
vəzifələrinin şəhadətlə başa çatdığını görürlər.
88
İmam Hüseyn (ə) öz tarixçəsini açarkən belə bir vəzifə ilə
üzləşdi: “Vuruş, öldur və bil ki, öldürüləcəksən. Bir dəstə ilə öz
diyarından şəhadət üçün çıx və bil ki, onlar yalnız səninlə birgə
şəhadətə çatacaqlar.” (“Üsule-kafi”, c2. s.28)
87
“Müqəddimeye ibn Xəldun”, s. 211.
88
“Üsule-kafi”, c.2, s. 28-36.
38
Buna görə də elə əvvəlcədən Allahın istəyi İmamın (ə)
şəhadəti olub və imam Allahın iradəsindən çıxa bilməyib. İraqa üz
tutmamışdan qabaq yuxuda həzrət Peyğəmbər (s) Allahın istəyini
Hüseynə (ə) bildirir. Məhəmməd Hənəfiyyə imamdan Kufəyə
hərəkətinin səbəbini soruşduqda imam gördüyü yuxunu ona
danışır.
Bu nəzəriyyəyə görə, İmamın (ə) Kufəyə doğru hərəkətdə
məqsədi şəhadətdir. Bu baxış İmamın (ə) nə üçün böyük
şəxsiyyətlərin məsləhətlərinə qulaq asmadığını aydınlaşdırır.
İmam Hüseyn (ə) Kufə əhlini hamıdan yaxşı tanıyırdı. İmam onlar
tərəfindən şəhadətə yetiriləcəyini bilərək, öz qurbangahına doğru
gedirdi.
Amma bu şəhadətin məqsədi haqqında uyğun nəzər sahibləri
arasında fikir ayrılığı var. Bə`ziləri bu şəhadəti insanların hidayəti
(əmr be mə`ruf və nəhy əz münkər) yolunda atılmış addım, İslam
ağacının qanla suvarılması kimi dəyərləndirirlər. Bu qan hesabına
İslam möhkəmləndi, Yezid (Bəni Üməyyə) rüsvay oldu, yetmiş il
sonra bu dövlət süquta uğradı.
Hissə qapılan digər bir qrup isə belə hesab edir ki, bu
şəhadətin məqsədi bir növ Hüseyn (ə) ardıcıllarının günahlarının
kəffarəsi, imamın öz şiələrinə şəfaətidir. Xristianlar da İsanın
öldürülməsini eynən belə yozurlar.
İmamın Kufəyə üz tutmasında məqsədin şəhadət olması
nəzərinə bə`zi iradlar da var:
Belə bir məqsəd mə`sum imamların ideal olması ilə uyğun
gəlmir. İmam Hüseyn (ə) buyurur: “Mən sizin üçün
nümunəyəm”.
89
Həzrət Peyğəmbərin (s), əvvəlki imamların bu şəhadət
barəsindəki sözlərini, eləcə də imamın öz şəhadətindən
xəbərdarlığını qəbul etmək olar. Amma şəhadətin əvvəlcədən
bilinməsi onun əsas məqsəd olması demək deyil. İmam Hüseyn (ə)
qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyətnaməsində deyir:
“Mənim qiyamımda məqsəd babamın ümmətinin islahıdır. Əmr be
mə`ruf və nəhy əz münkər etmək qəsdindəyəm. İstəyirəm babam
Peyğəmbərin (s) və atam Əli ibn Əbu-Talibin yoluna əməl
edəm.”
90
Vəsiyyətnamədə sadalanan hədəflər arasında şəhadətdən
danışılmadığı göz qabağındadır.
89
“Tarixe Təbəri”, c.5, s. 403.
90
“Biharül-ənvar” c. 44, s. 329.
|