40
Kufəlilərin hazır qoşunu və imama ehtiyacdan danışan
məktubu bir daha sübut edir ki, onlar Yezid hökumətini qeyri-
qanuni bilir və İmamın (ə) Kufəyə gəlib hökumət qurmasını
istəyirdilər. Həzrət onların istəyinə cavab olaraq Kufəyə doğru
hərəkət etdi. Kufənin şiə başçılarının yazdığı bir məktubda belə
deyilir: “Bizim rəhbərimiz yoxdur. Bizə tərəf gəlsən, ümid var ki,
Allah sənin vasitənlə bizi haqqa çatdıra…”
96
İmamın Müslim ibn Əqil vasitəsi
ilə Kufəyə göndərdiyi ilk
cavabda imamət və hökumətin təşkili məsələsinə toxunulur. İmam
(ə) buyurur: “Mən bütün dediklərinizi anladım. Birinci sözünüz
budur ki, bizim rəhbərimiz yoxdur.” İmam qərara gəlir ki, Müslim
Kufəyə gedib, onların istəyini təsdiq etdikdən sonra Kufəyə üz
tutsun.
97
İmam (ə) öz məktubunda şəriət hökmlərinin bəyanından yox,
hökumət məsələlərindən danışır. İmam (ə) yazır: “Yalnız o şəxs
imam kimi tanına bilər ki, Allahın kitabını bilsin,
ədaləti bərpa
etsin, həqiqətə bağlansın və bütün sə`ylərini Allahın yoluna
yönəltsin.”
98
Müslim ün Kufədəki fəaliyyəti, kufəlilərdən bey`ət alması,
bey`ət edənlərin siyahısının tutulması bir daha imam Hüseynin (ə)
Kufədə hökumət qurmaq məqsədini açıqlayır.
Bəni-Üməyyə tərəfdarlarının Yezidə yazdıqları məktublarda
Kufədə Müslim tərəfdarlarının artmasından duyulan həyəcan öz
əksini tapır. Onlar Kufənin əldən çıxacağından qorxurlar.
Məktublardan birində deyilir: “Əgər Kufəyə ehtiyacın varsa güclü
bir şəxsi oraya hakim göndər ki, əmrini yerinə yetirib, düşməninlə
sənin kimi rəftar etsin.”
99
Kufəlilərin imamı (ə) istəməsi
barədə Müslim ün ona
göndərdiyi xəbər bu müddəanın tutarlı dəlillərindəndir. İmam (ə)
yoldan kufəlilərə yazıb, Qeys ibn Müsəhhər vasitəsi ilə göndərdiyi
məktubda onların daha ciddi çalışmalarını istəyir. Məktubda
buyurur: “Müslim dən məktub aldım ki, bizə gömək etməyə və
haqqımızı düşməndən almağa hazırsınız. Allahdan istəyirəm ki,
işimizi xeyrə döndərsin və sizə böyük mükafat əta etsin. Həmin
məktubdan sonra zilhəccənin səkkizinci günü Məkkədən çıxıb,
96
“Vəq`ətul-təf”, s.92.
97
“Vəq`ətul-təf”, s. 91.
98
Həmin mənbə.
99
Bəq’ətul-təf, səh.101.
41
sizə doğru hərəkət etdim. Mənim elçim
sizə yetişən kimi sürətlə
hazırlaşın,
işinizdə
ciddi
olun.
Mən
tezliklə
sizinlə
görüşəcəyəm.”
100
Dostları ilə paylaş: