Шүбһә доғуран суаллар


Sual 62: İbn Ziyad Kufə əhlini necə susdurdu?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə32/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   28   29   30   31   32   33   34   35   ...   60
Şübhə doğuran suallar

Sual 62: İbn Ziyad Kufə əhlini necə susdurdu? 
Cavab: İbn Ziyad mənfur Yezid rejiminə qarşı çıxan xalqı 
susdurmaq üçün üç istiqamətdə siyasi gedişlər etdi: 
1. Psixoloji hücumlar. 
İbn Ziyad hədə-qorxu və şirnikdirmə ilə müşayiət olunan bu 
siyasətə Kufəyə girdiyi andan başlamışdı. O, Kufənin came 
məscidindəki ilk çıxışında özünü itaət edənlərə mehriban ata kimi 
təqdim edib, itaət etməyənlərə qılıncının qəbzəsini göstərdi.
107
Şam qoşununu yada salıb, onun Kufəyə doğru hərəkətindən 
danışan ibn Ziyad qiyamçıları qorxudurdu. İmamın (ə) 
nümayəndəsi Müslim qəsrdə onu mühasirəyə aldıqdan sonra bu 
metod daha çox tə`sir göstərirdi. (həmin mənbə) Kufəlilər imam 
Həsənin (ə) Müaviyə ilə sülh müqaviləsindən sonra (Şam qoşunu 
ilə son qarşılaşma) bu qoşun haqqında düşünərkən sıxılır, onunla 
qarşılaşmaq üçün özlərində güc görmürdülər. Bu təbliğat hətta 
qapalı qadın cəmiyyətinə də tə’sir etmişdi. Belə ki, qadınlar öz 
qardaşlarını və ərlərini Müslim ün qoşunundan kənarlaşdırırdılar. 
Məhz bu təbliğat nəticəsində, günorta ibn Ziyadın olduğu qəsri 
106
“Vəq`ətül-təf”, s.109. 
107
“Vəq`ətul-təf”, s. 110. 


45 
dörd min nəfərlə mühasirəyə alan Müslim axşama yaxın Kufə 
küçələrində tənha qalmışdı. 
2. İctimai gedişlər. 
Hələ də qəbilə münasibətləri möhkəm olduğundan, qəbilə 
başçıları güclü ictimai nüfuza malik idilər. Onların çoxu imamın 
(ə) Kufəyə də`vət olunmasında fəal iştirak etmiş, sonra isə Müslim 
ə qoşulmuşdular. Lakin bu adamlar öz məqamlarını qorumaq üçün 
çalışdıqlarından, ibn Ziyadın hədə-qorxularından sonra ona 
qoşulmağı daha münasib bildilər. İbn Ziyad onları öz ətrafına 
toplamağın yolunu yaxşı bilirdi. O, hədə-qorxu ilə yanaşı, 
rüşvətdən istifadə etməklə qəbilə başçılarını özünə tərəf çəkdi. 
Kufədən çıxıb imamın dəstəsinə qoşulmuş Müctəme ibn Əbdullah 
Aizi Kufədəki vəziyyət barədə imama (ə) bunları bildirdi: “Kufə 
başçılarına xeyli rüşvət verib, çüvallarını doldurdular. Onların 
dostluğunu və xeyirxahlığını ələ aldılar. Onlar hamısı sənə 
qarşıdır.”
108
Übeydullah ibn Ziyadın ələ aldığı ikinci nüfuzlu qüvvə 
“ərif”lər oldu. Qəbilələr Kufədə məskunlaşdığı vaxt “ərif” məqamı 
dövlət vəzifəsi həddinə gəlmişdi. Onlar Kufə hakimi qarşısında 
cavabdeh hesab olunurdular. Onların mövqeyi qəbilə başçısı 
tərəfindən yox, hakim tərəfindən müəyyənləşirdi. Bu adamlar 
hökumətlə xalq arasında körpü rolunu oynayırdı. 
Hər bir ərif xüsusi dəftərdə nəzarəti altında olanların adını 
qeyd edir və bu adamları hamıdan yaxşı tanıyırdılar. 
İbn Ziyad ilk çıxışından sonra ərifləri qəsrə toplayıb dedi: 
“Siz gəlmələrin və Yezid müxaliflərinin siyahısını hazırlayıb 
verməlisiniz. Eləcə də şübhəli adamlar haqqında məni 
mə`lumatlandırmalısınız. Mənim əmrimə itaət edənlərlə işimiz 
olmayacaq. Amma deyilən siyahını yazmayanlar dəftərlərindəki 
adamlara cavabdeh olacaq. Əgər bir ərifin dəftərindəki adam bizə 
qarşı çıxsa, ərifin özünün malı və qanı bizə halaldır. Hansınızın 
dəftərində qiyamçı adı tapılsa, onu evindəcə dara çəkəcəyik…”
109
İbn Ziyadın bu çıxışından sonra əriflər öz adamlarına ciddi nəzarət 
etməyə başladılar. 
3. İqtisadi gedişlər 
Həmin dövrdə xalqın əsas dolanışıq mənbəyi hökumətin 
verdiyi ianələr idi. Bu ianələr əhalinin iranlılara qarşı müharibədə 
108
“Vəq`ətül-təf”, s. 174. 
109
“Vəq`ətül-təf”, s. 11. 


46 
iştirakı müqabilində tə`yin olunmuşdu. Bu ianələri almaqda davam 
edən ərəblər heç bir işə maraq göstərmirdilər. Onlar işləməyi 
özlərinə sığışdırmırdılar. Kufəlilər hökumətdən nağd puldan, əlavə 
xurma, buğda, arpa, yağ və sair yardımlar alırdılar. Bu ianələr 
ərəbləri tam şəkildə dövlətdən asılı edirdi. Ümumiyyətlə, bütün 
müstəbid hökumətlər xalqın bu zəif nöqtəsindən ustalıqla istifadə 
edirlər. 
Müslim , ibn Ziyadın qəsrini mühasirəyə aldığı vaxt o, 
Müslim ün ətrafındakılara e`lan etdi ki, dağılışıb gedənlərin ianəsi 
artırılacaq, qiyam davam etsə, iaənələr kəsiləcək. İbn Ziyad bu 
gedişi ilə otuz minlik Kufə qoşununu imam Hüseynə qarşı 
müharibəyə vadar etdi. Hansı ki, qoşundakıların çoxu qəlbən 
imama bağlı idi. 
İmam Hüseyn (ə) bu gedişləri yaxşı dərk edirdi. Həzrət (ə) 
Aşura günü kufəlilərə üz tutub dedi: “Hamınız mənə qarşı çıxıb, 
sözlərimi dinləmirsiniz. Çünki sizə verilən ianələr haramdandır, 
qarınlarınız haramla dolub. Bu səbəbdən də qəlbləriniz 
möhürlənib.
110

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin