48
Cavab: Aşura gününün birinci yarısında köməkçiləri, ailəsi
və özü susuzluqdan əzab çəkən imamın (ə) düşməndən su istəməsi
haqqında mö`təbər mənbələrdə heç bir mə`lumat yoxdur. Susuzluq
mövzusu məddahların təsvir etdiyi səviyyədə heç bir mənbə`də
göstərilməyib. İmamın (ə) Aşura günü oxuduğu şe`rlər, dilindən
qopan sözlər misilsiz izzət və şərəfi təcəssüm etdirir. İmamın (ə)
məşhur bir bəyanına nəzər salmaqla hər şey aydın olur: “Agah
olun ki, zinazadə oğlu zinazadə (İbn Ziyad) bizi iki yol arasında
qoydu. Ya siyrilmiş qılıncla döyüşə girməli, ya da Yezidə bey`ət
etməklə zillət libasına bürünməliyik. Amma zillət bizdən çox
uzaqdır. Allah, Onun rəsulu, mö`minlər, pak ağuşda böyüyənlər və
qeyrətli kişilər rəva bilməzlər ki, biz alçaq adamlara itaəti izzətli
ölümdən üstün tutaq”.
Bə`zi əzadarlıq məclislərində imam Hüseyn (ə) inqilabının
izzət və şərafəti sönük təsvir olunur. Sanki insanlarda imamın
halına acımaq hissi təlqin edilir. İnsanları həyəcanlandırmaq üçün
həqiqətə uyğun olmayan səhnələr canlandırılır.
Bu sayaq əsassız və yalan mə`lumatlara bir misal çəkək:
“İmam (ə) ibn Sə`din yanına gedib üç şey istədi. Onun ikinci istəyi
bu oldu: “Mənə bir az su verin, ciyərim susuzluqdan yanır” İbn
Sə`d imamın istəyini alçaqcasına rədd etdi.”
118
Bəli, belə sözlər daşı da ağlatmağa qadir olsa, imamın izzət və
şərəfinə zərbə vurur.
Dostları ilə paylaş: