43
1. Yəmən əhli Peyğəmbər zamanından həzrət Əliyə (ə) xoş
münasibətdə
olsalar da, heç vəchlə onları şiə mərkəzi kimi
tanınmış Kufə əhli ilə müqayisə etmək olmaz.
2. Həzrət Əli (ə) hökuməti dövründə Müaviyənin azsaylı
dəstəsinin qarşısında geri çəkilib, öz başçıları
Übeydullah ibn
Əbbası tənha qoyan həmin yəmənlilər idi. Çarəsizlikdən
Übeydullah Kufəyə qaçdı. Müaviyənin qansız silahlıları şəhəri
işğal edib, Übeydullahın iki körpəsini
də daxil olmaqla əhalinin
bir hissəsini qətlə yetirdilər.
103
3. Həmin vaxt Yəmən İslam məmləkətinin mərkəzi
şəhərlərindən sayılmırdı. Kufədə olan tərəfdarlarla müqayisədə
Yəməndəki tərəfdarlar olduqca az idi.
4. Həzrət Peyğəmbərin (s) vəfatından sonrakı
ilk aylarda
Yəmən əhli arasında İslamdan üz döndərənlər çox oldu. Onların
bu hərəkəti Yəmən əhli haqqında mənfi təsəvvür yaratmışdır. Əgər
imam Hüseyn (ə) öz qiyamı üçün Yəməni mərkəz seçsəydi, həmin
mənfi təsəvvür əməvilər tərəfindən qiyamı gözdən salmaq üçün
istifadə oluna bilərdi.
5. Yəmənin digər şəhərlərdən uzaq olması qiyamın rahatlıqla
yatırılmasına şərait yaradırdı.
6. İmam Hüseyn (ə) yəmənlilərdən ciddi bir də`vət almamışdı.
Kufəlilərdə imama olan münasibətin yəmənlilərdə yüzdə biri yox
idi.
Sual 61: İmam Hüseyni (ə) böyük həvəslə Kufəyə də`vət
edənlər nə üçün ondan üz döndərdilər?
Cavab: Kufədən imama gələn də`vət məktubları o qədər çox
idi ki, Kufədə inqilabi əhvali-ruhiyyə
olduğunu güman etməyə
əsas vardı. Məktubların sayı on iki mini keçmişdi.
104
Amma
hadisələrin gedişatından mə`lum olur ki, bu məktubların böyük bir
hissəsi maddi təmənnalı insanlar tərəfindən yazılıbmış. Bu
admların çoxu Yezidin təzyiqləri və şirin və`dlərindən sonra imam
Hüseynə (ə) qarşı mövqe tutdular. Bəli, bu adamların qəlbi imam
Hüseynə meyl etdiyi halda, qılıncları ona doğru uzanmışdı.
105
103
“Əl-kamil fit-tarix”, c.2s. 431.
104
“Biharul-ənvar”, c,44 s. 344.
105
“Tarixe Təbəri”, c. 4, s. 306.
44
İmamı də`vət edənlər arasında Həbib ibn Məzahir kimi xalis
şiələr azlıq təşkil edirdi. Kufə əhlinin
çoxunu imama üz tutmağa
vadar edən son iyirmi ildə əməvilərdən gördükləri zülm-sitəm idi.
Bə`ziləri isə, sadəcə, Kufənin əvvəlki əzəmətini geri qaytarmaq
üçün imamın (ə) gəlişini dəstəkləyirdilər.
İmamı də`vət edənlər arasında öz nüfuzunu qorumaq uğrunda
çalışan qəbilə başçıları da vardı.
İbn Ziyad Yezidin əmri ilə Kufəyə daxil olduqdan sonra rahat
nəfəs alan Əməvi tərəfdarları onun başına toplaşdılar. İbn Ziyad
Kufəyə daxil olan xalqın an imam Hüseynə (ə) olan rəğbətini hiss
etmişdi. O, şəhərə başında
qara əmmamə, üzü örtülü şəkildə
girdiyindən əhali onun imam Hüseyn (ə) olduğunu zənn edib,
qarşılamağa çıxmışdı.
106
Təhlükəni dərindən hiss edən ibn Ziyad Bəsrə
təcrübəsini işə
salaraq, tərəfdarlarının köməyi ilə qiyamı yatırmaq üçün fəaliyyətə
başladı. Qəddar hakim üçün həqiqi şiələrin azlıq təşkil etdiyi
cəmiyyəti susdurmaq çətin olmadı.
Dostları ilə paylaş: