37
Cavab: Tarix boyu hər bir alim bu suala öz elmi səviyyəsi və
qəbul etdiyi mənbələr əsasında cavab verib. Bu sualın cavabını
ikiqat əhəmiyyətli edən bə`zi məsələlər var:
İmam Hüseyn (ə) öz siyasi-hərbi hərəkatında zahirən məğlub
oldu. Bu məğlubiyyətin ilkin səbəbi qiyam üçün Kufənin seçilməsi
idi.
Əbdüllah ibn Cə`fər (həzrət Zeynəbin əri), Əbdüllah ibn
Əbbas, Əbdüllah ibn Müti, Məhəmməd Hənəfiyyə kimi
şəxsiyyətlər imamın Kufəyə getməsinə e`tiraz edirdilər. Onlar
kufəlilərin bir zaman həzrət Əli (ə) və imam Həsəni (ə) tənha
qoymalarını xatırladırdılar.
Bütün bunlara baxmayaraq İmam (ə) Kufəyə üz tutudu. İbn
Xəldun kimi tarixçilər imamın bu seçimini siyasi səhv hesab
etmişlər.
87
İbn Əbbas kimi şəxsiyyətlər bildirirlər ki, İmamın (ə)
qarşısında Kufədən başqa Yəmən kimi seçimlər də var idi. İbn
Əbbas imam Hüseynə (ə) deyir: “Əgər Məkkədən çıxmaq qərarın
qətidirsə, Yəmənə tərəf get. Orada möhkəm qalalar var və Yəmən
böyük yerdir. Sən oradan öz tərəfdarlarını və təbliğatçılarını başqa
yerlərə göndərə bilərsən.”
Nə üçün imam başqa seçimlərdən imtina etdi? İmamın (ə)
uyğun seçimini qeyri-şiə tədqiqatçılar qiyamın hərbi nəticəsini
əsas götürərək yanlış hesab etmişlər. Amma şiə alimləri İmamın
(ə) hərəkətini təhlil edərək iki nəzəriyyə üzərində dayanmışlar:
şəhadət istəyi və ya hakimiyyət istəyi.
Dostları ilə paylaş: