Шүбһә доғуран суаллар


Sual 51: Nə üçün imam Hüseyn (ə) Müaviyəyə qarşı qiyam  qaldırmadı? Məgər Müaviyə öz oğlu Yəzid kimi zalım deyildimi?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə23/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   19   20   21   22   23   24   25   26   ...   60
Şübhə doğuran suallar

Sual 51: Nə üçün imam Hüseyn (ə) Müaviyəyə qarşı qiyam 
qaldırmadı? Məgər Müaviyə öz oğlu Yəzid kimi zalım deyildimi? 
Cavab: İmam Hüseyn (ə) Müaviyənin hakimiyyəti dövrünə 
təsadüf etmiş on bir illik imamət dövründə (qəməri 49-60) ona çox 
müqavimət göstərmişdir. İmam öz məktublarından birində 
Müaviyənin 
cinayətlərini 
sadalayır, 
onun 
hakimiyyətini 
müsəlmanlar üçün ən böyük fitnə adlandırır. Həzrət (ə) Müaviyə 
hökumətinin qanuniliyini sual altına alaraq, ona qarşı cihadı ən 
yaxşı əməl hesab edir, bu cihadı tərk edənləri tövbəyə çağırır.
72
Amma İmamın (ə) Müaviyəyə qarşı qiyam qaldırmasının 
köklərini tanımaq üçün imamın öz sözlərindən əlavə, bə`zi tarixi 
təhlillərə nəzər salmağa məcburuq. 
SÜLH BARƏDƏ MÜQAVİLƏ 
İmam Hüseyn (ə) Müaviyənin məktublarına cavablarından 
birində onun imam Həsənlə (ə) bağladığı sülh müqaviləsini 
xatırlayır və bu müqaviləyə sədaqətli olduğunu bildirir. Maraqlıdır 
ki, Müaviyə həmin müqaviləni pozub Kufəyə daxil olduğu halda
nə üçün imam Hüseyn (ə) bu müqaviləni pozmaq istəmir? Əgər 
Müaviyənin sözlərinə diqqət yetirsək, onun bu müqaviləni 
pozduğunu hiss etmərik. O deyir: “Mən Həsənə bə`zi şeylər və`d 
etdim.” Müaviyə, güman ki, verdiyi və`dləri həmin müqavilənin 
şərti kimi qəbul etmədiyindən özünü həmin müqaviləyə sadiq 
bilir. 
Müaviyənin siyasi şəxsiyyətini imam Hüseynin (ə) siyasi 
şəxsiyyətindən fərqləndirmək lazımdır. Bu fərq Müaviyə ilə həzrət 
Əli (ə) arasında da mövcud idi. Müaviyə öz məqsədinə çatmaq 
üçün hər zaman yalan və hiyləyə əl atmağa hazır olmuşdur. Onun 
həzrət Əli ilə çarpışmaları dövründə belə hiyləgərliklər çox baş 
71
“Nəhcül-bəlağə”, x. 131. 
72
“Əl-imamət vəl-siyasət”, c.1, s. 180. 


31 
vermişdir. Osmanın qətli bəhanəsi, Təlhə və Zübeyrin 
qızışdırılması, Süffeyn döyüşündə Qur`an vərəqlərinin nizələrə 
sancılması, həzrət Əliyə (ə) tabe şəhərlərə gecə basqınları bu 
hiylələrin kiçik bir hissəsidir. 
Amma imam Hüseyn (ə) elə bir məktəbə bağlıdır ki, 
müvəffəqiyyətə çatmaq üçün istənilən vasitəyə (məsələn, hiyləyə) 
əl ata bilməz. Həzrət Əli (ə) “mən heç vaxt zülm-sitəmlə qələbə 
əldə etməyə hazır deyiləm” buyuruğu ilə əqidəsinə işarə edir.
73
Bəli, məhz bu əqidəyə əsasən, imam Hüseyn (ə) qardaşı imam 
Həsənin (ə) Müaviyə ilə bağladığı müqabiləni poza bilmir. 
Həmin dövrün şəraitini də nəzərə almaq lazımdır. Müaviyə 
həmin vaxtlar Şamdan Yəmənədək ərazini əhatə edən İslam 
hökumətinin şəriksiz hakimi idi. Bu ərazinin istənilən bir 
nöqtəsində Müaviyənin siyasəti təbliğ olunurdu. 
Həzrət Əli ilə çarpışmalar zamanı Osmanın qətlinə səbəb 
olmuş fitnələrdə özünü günahsız tanıtdıran Müaviyə hətta bu qətlə 
qarşı çıxır, Şam əhlinə özünü Osmanın müdafiəçisi kimi 
tanıtdırırdı. İndi isə həzrət Əli (ə) də yox idi və Müaviyə öz 
istəklərini çox rahat həyata keçirirdi. Belə bir vaxtda imam 
Hüseyn (ə) müqaviləni pozub qiyam qaldırsaydı, Müaviyə çox 
rahatlıqla onu xəyanətkar kimi tanıtdırardı. Müaviyə ictimai fikri 
istədiyi tərəfə döndərə bildiyi bir zamanda imamın səsi xalqın 
qulağına çatmır, müqaviləni ilkin pozmuş Müaviyəni xalqa 
tanıtdırmaq üçün göstərilən səylər müvəffəqiyyətsizliyə uğrayırdı. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin