28
-“...O (İbrahim) Allahın əmrlərini tamamilə yerinə yetirdi.
Belə olduqda Allah ona buyurdu: Səni insanlara imam tə`yin
edəcəyəm.”
68
−İslam Peyğəmbəri (s) buyurdu: “On iki imam bu
ümmətə hakim olduqda onun işləri qaydasındadır.”
69
Həzrət Peyğəmbər (s):
“Məndən sonra on iki canişinim var:
birincisi Əli ibn Əbu Talib,
sonuncusu
Mehdidir
(ə).
70
Sual 47: Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında
hansı fərqlər var?
Cavab: Orta əsrlərin kilsə hakimiyyəti ilə İslam
hakimiyyəti
arasında əsaslı fərqlər vardır. Kilsə təfəkkürünə əsasən, din
siyasətdən ayrıdır. Əslində xristianlıq tə`limində
cəmiyyətin
ictimai-siyasi həyatını tənzimləyəcək qanunlar mövcud deyil.
Həzrət İsanın dilindən deyilən bir çox kəlamlar dinin dünyəvi
hakimiyyətini rədd edir. Məsələn, İncildə Həzrət İsanın adından
deyilir: “Mənim rəhbərliyim bu dünyaya aid deyil”; “Padşahın
malını özünə, Allahın malını özünə verin”… Bəli, dini siyasətdən
ayrı hesab edən bu günkü sekulyarizmin kökləri xristianlıq
tə`limindən rişələnir. Qeyd etməliyik ki, söhbət həqiqi İncildən
yox, bu günkü təhrif olunmuş məsihilikdən gedir.
Kilsə hakimiyyətinin əsas müddəalarından
biri budur ki,
hakim xalqın yox, yalnız Allahın qarşısında məs`uldur. “Hakimə
qarşı çıxmağa, ona iradını bildirməyə heç kəsin ixtiyarı yoxdur”,
deyilir.
İslam hökuməti isə öz ilahi tə`liminə əsasən, cəmiyyətin
dünya və axirət səadəti üçün çalışır.
Bu hökumət üçün əsas və
nümunə İslam Peyğəmbərinin (s) qurduğu hökumətdir. İslamın
hakimiyyətlə bağlı bütün sferaları əhatə edən konkret proqramları
mövcuddur. O cümlədən:
−hakimin şərtləri (xüsusiyyətləri);
−daxili və xarixi siyasətin tənzimi;
−cəmiyyət və hökumətin hüquq və vəzifələri;
−iş yerlərinin təşkili, fəsadla mübarizə;
−ictimai fəallığın tə`mini;
68
“Bəqərə”, 124.
69
“Kənzül-ümmal”.
70
“Fəraidül-səmteyn”.
29
−ilahi dəyərlərin aktuallığı;
−ictimai qüdrətin qorunması və istiqamətləndiril-məsi.
Dostları ilə paylaş: