Шүбһә доғуран суаллар


Sual 67: Kərbəlada imamın (ə) ətrafında neçə nəfər var idi?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə35/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   31   32   33   34   35   36   37   38   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 68
Sual 67: Kərbəlada imamın (ə) ətrafında neçə nəfər var idi? 
Cavab
Müxtəlif mənbələrdə Aşura günü imamın 
köməkçilərinin sayı fərqli bildirilir. Məsələn, Təbəri imamın 
120
“İqbalul-ə`mal”, s. 588. 
121
“Vəq`ətül-təf”, s.197 


50 
ətrafında 100 nəfərə yaxın adamın olduğunu bildirir. Qeyd olunur 
ki, onlardan beşi həzrət Əlinin (ə) övladları, on altısı Bəni-Haşimi, 
qalanları isə müxtəlif qəbilələrdən olmuşdur.
122
İbn Şəhr Aşub 
orada 82 nəfərin olduğunu bildirir.
123
“Məsirül-əhzan” kitabında 
isə imamın ətrafında 100 piyada, 45 süvari olduğu nəql edilir. 
İmam Baqirdən (ə) nəql olunan bir hədisdə də bu say 
təsdiqlənir.
124
Ən təəccüblü rəqəm isə Məs`udi tərəfindən qeyd olunur. O, 
imam Hüseyn (ə) Kərbəlaya çatdığı anadək onun ətrafında 500 
süvari və 100 piyada olduğunu qeyd edir. 
Bu say barədə ən məşhur mə`lumata əsasən Kərbəlada 
imamın 32 süvarisi və 40 piyadası olmuşdur. Yə`ni cəmi 72 
nəfər!
125
Sual 68: Kərbəlada imam Səccaddan (ə) başqa sağ qalan 
oldumu? 
Cavab: Tarixi mənbələr aşağıdakı mə`lumatları verir: 
Sağ qalan bəni haşimilər: 
1. İmam Səccad (ə) 
2. Həsən ibn Həsən (Həsəni-müsənna). O, Aşura günü yaralı 
halda əsir düşdü. Sonralar imam Hüseynin (ə) qızı Fatimə ilə ailə 
qurdu və 35 yaşında dünyasını dəyişdi. Həsən ibn Həsən 
Məhəmməd ibn Əbdüllahın babasıdır. Məhəmməd ibn Əbdüllahın 
həm atası, həm də anası ələvi olduqlarından ona “Nəfsi-zəkiyyə” 
ləqəbi verilmişdir. 
3. Zeyd ibn Həsən. Zeyd də imam Həsənin övladlarındandır. 
O, 90 il ömür sürmüş və Bəni-Haşim böyüklərindən hesab 
olunmuşdur. 
4. Əmr ibn Həsən. 
5. Məhəmməd ibn Əqil 
6. Qasim ibn Əbdullah ibn Cə`fər 
Digər səhabələr: 
122
“Tarixi Təbəri”, c. 5, s. 393. 
123
“Əlmənaqib”, c. 4, s. 98. 
124
“Biharul-ənvar)”, c. 45, s, 4. 
125
“Biharul-ənvar”, c. 45, s. 4 


51 
1. Üqbə ibn Səm`an. O, imam Hüseynin (ə) arvadı Rübabın 
qulamı olmuş, Aşura günü əsir düşmüş və qulam olduğu üçün 
azad edilmişdir. 
2. Zəhhak ibn Əbdullah Məşriqi. Bu şəxs imam Hüseynlə (ə) 
şərt kəsmişdir ki, məğlubiyyət labüd olacağı təqdirdə imamı tərk 
edəcək. Belə də oldu. Aşura günü son anlarda imama yaxınlaşıb 
şərtini xatırlatdı. İmam buyurdu: “Əgər canını qurtara bilərsənsə, 
getməyinə e`tiraz etmirəm.” İmamın razılığını aldıqdan sonra 
Zəhhak düşmən sıralarını yara-yara mö`cüzəli bir şəkildə döyüş 
meydanından çıxa bildi. Tarixçilər Kərbəla haqqındakı 
mə`lumatlarında onun dediklərindən bəhrələnmişlər. 
3. Qulam Əbdurrəhman ibn Əbdullah Ənsari. O, bildirir ki, 
döyüşdən sonra qaçıb canını qurtarmışdır. 
4. Mərqə ibn Səmamə Əsədi. 
5, Müslim ibn Ribah Mövla Əli. 
Qeyd edildiyi kimi, Kərbəla hadisəsi haqqındakı rəvayətlərin 
çoxu bu şəxslər tərəfindən nəql olunmuşdur. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin