Шүбһә доғуран суаллар


Sual 77: “Höccətin tamamlanması” (“itmamü höccət) nə  deməkdir?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə43/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   39   40   41   42   43   44   45   46   ...   60
Şübhə doğuran suallar

Sual 77: “Höccətin tamamlanması” (“itmamü höccət) nə 
deməkdir? 
Cavab: Höccətin tamamlanması dedikdə hər hansı bir 
həqiqətin yetərli şəkildə sübuta yetirilməsi, bəhanəyə yer 
qoyulmaması nəzərdə tutulur. Aşura qiyamında imam Hüseyn (ə) 
xalqı oyatmaq üçün müxtəlif təbliğat üsullarından istifadə edirdi. 
Bu təbliğat üsulları həm qiyama əbədilik verib, onu yanlış 
düşüncələrdən qoruyur, həm də mücahid müsəlmanları 
ruhlandırıb, Kufə qoşununu tərəddüdə salırdı. Höccətin 
tamamlanması imamın təbliğat üsullarından biri idi. İmam bu üsul 
vasitəsi ilə ağı ağ, qaranı qara yerində oturdur, bütün bəhanələrin 
qarşısını alırdı. 
Bu üsulu imam Hüseyn (ə) Əhli-beyt məktəbindən 
öyrənmişdi. O, görürdü ki, İslamın təbliğində elm və məntiqin 
147
“Tövbə”, 52. 


63 
yerini kobudluq və zor tutur. Ona görə də imam (ə) öz məntiqi 
dəlilləri ilə həqiqi İslamın ayinlərini xalqa çatdırırdı. 
İmam Hüseyn (ə) Kərbəladakı müraciətlərindən birində 
buyurur: “Məgər mən sizin Peyğəmbərinizin (s) qızının, əmisi 
oğlu və birinci müsəlman Əlinin oğlu deyiləmmi?! Məgər Həmzə 
və Cə`fər Təyyar mənim əmilərim deyilmi?! Eşitməmisinizmi 
Peyğəmbər (s) qardaşımla mənim haqqımda belə buyurub: “Bu iki 
nəfər behişt cavanlarının ağasıdırlar.”?! Əgər məni yalançı 
sayırsınızsa, Cabir ibn Əbdullah Ənsari, Əbu Səid Xidri, Səhl ibn 
Sə`d Saidi, Zeyd ibn Ərqəm, Ənəs ibn Malikdən soruşun! Mən 
sizlərdən kimi öldürmüşəm ki, qanını almağa gəlmisiniz?! Kimin 
malına zərər vurmuşam ki, əvəzini istəyirsiniz?! Kimi 
yaralamışam ki, qisas tələb edirsiniz?! “Müraciət edilənlər 
susdular. İmam (ə) əvvəlcə onu qiyama də`vət edib, sonra 
düşmənə qoşulanlara üz tutdu: “...Siz yazmamışdınız ki, meyvələr 
yetişib, bağlar səfalanıb, tələs hazır qoşuna tərəf? Yox, and olsun 
Allaha, heç vaxt alçaq adamlara bey`ət əlini uzadıb, qullar kimi 
qaçmaram.”
148
İmam öz məntiqli cümlələri ilə həqiqətləri işıqlandırır, bütün 
bəhanələri kəsir və beləcə, höccəti tamamlayırdı. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin