Шүбһә доғуран суаллар


Sual 78: İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə44/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   40   41   42   43   44   45   46   47   ...   60
Şübhə doğuran suallar

Sual 78: İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi? 
Cavab: Şiə mənbələrindəki rəvayətlərə görə İmam (ə) qeybi 
biliklərdən xəbərdar idi. Qur`ani-kərimdə bildirilir ki, Allah 
Peyğəmbərdən (s) başqa heç kəsə öz qeybini əyan etməz.
149
Demək, Allahın izni ilə mə`sum imamlar həzrət Peyğəmbərdən (s) 
həmin bilikləri əxz edə bilərlər. Əllamə Təbatəbai bu barədə yazır: 
“İmam Hüseyn (ə) imamiyyə şiələrinin əqidəsinə görə 
Peyğəmbərin (s) üçüncü canişini və küllən vilayət sahibidir. 
İmamın elmi nəqli və əqli dəlillərə əsasən iki qisimdir: 
1. İmam (ə) bütün şəraitlərdə Allahın izni ilə varlıq aləminin 
hissi və fövqəlhissi həqiqətlərindən agahdır. Səmada olanlar
keçmişin və gələcəyin hadisələri ona mə`lumdur.
2. Adi elmlər. Peyğəmbər (s) və imam da bu sahədə başqaları 
kimi daha layiq bildiklərinə ixtiyari olaraq əməl edirlər.” 
148
“Tarixi Təbəri”, c. 5, s. 424-427. 
149
“Cinn”, 26, 27. 


64 
Mö`təbər rəvayətlərdə bildirilir ki, həzrət Peyğəmbər (s) və 
imam Əli (ə) imam Hüseynin (ə) şəhadətini əvvəlcədən xəbər 
vermişlər. İmama yaxın adamlar Peyğəmbərin (s) buyuruğundan 
xəbərdar olduqlarından və Bəni-üməyyənin İslam dünyasına 
zülmlərini gördüklərindən mə`yus idilər. Kufə əhlinin həzrət Əli 
və imam Hüseynə qarşı xəyanətkar mövqeyi bir daha sübut edirdi 
ki, İmam ölümə doğru gedir. 
Dəfələrlə öz ölümü haqqında danışan imam Hüseyn (ə) bir 
dəfə də olsun Yezid hökumətinin süquta uğrayacağını bildirmirdi. 
İmam (ə) xalqı Yezidə itaətsizliyə çağırır, eyni zamanda, şəhadətə 
yetiriləcəyini bildirirdi. İmam (ə) onu bu səfərdən saxlamaq 
istəyənlərə buyururdu: “Mən yuxuda Allahın Rəsulunu gördüm və 
elə bir işə mə`mur oldum ki, o işi görməyim daha yaxşıdır. İmam 
Səccad (ə) nəql edir ki, hansı mənzilə çatırdıqsa, atam Yəhya ibn 
Zəkəriyyanın şəhadətindən danışırdı. 
Bütün bunlardan aydın olur ki, İmam (ə) hərbi qələbəyə 
çatmayacağını və şəhadətə yetiriləcəyini qabaqcadan bilirdi. O, öz 
şəhadəti ilə Bəni-üməyyə xanədanının əsil simasını açdı və 
düşüncələrdə əbədi inqilab toxumu səpdi. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin