66
darvazası qarşısında Əlinin şücaətindən, Fatimənin həyasından
danışıb, Kufə camaatını ittiham edən Zeynəbdir. Budur İslamın
istədiyi qadın obrazı − ictimai şəxsiyyəti inkişaf etmiş, həyalı bir
qadın!
İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının bir neçə
faydası oldu:
− aydın oldu ki, İslam dinində ictimai vəzifə təkcə kişilərə aid
deyil. Əsir düşmüş ailə Kərbəla qiyamını davam etdirdi, qiyamın
mahiyyətini tarixə öz əli ilə qeyd etdi.
− Kərbəla hadisəsinədək İslam haqqında yanlış təsəvvürdə
olan Dəməşq əhli əsirlərin təbliğatı sayəsində həqiqi İslamı və bu
İslamın düşməni olan Bəni-üməyyəni tanıdı.
− İmamın ailəsinin Kərbəlada iştirakı sayəsində qeyri-insani
Yezid rejiminin iç üzü açıldı. İmam Səccad (ə) bu zalımlara üz
tutaraq deyir: “Tutaq ki, öldürmək istəyirsiniz, bəs nə üçün bu
sayaq? Nə üçün quş kimi bədənləri tikə-tikə edirsiniz? Nə üçün
suyun qabağını kəsirsiniz? Nə üçün öldürdüyünüzü dəfn
etmirsiniz? Nə üçün xeymələrə hücum edirsiniz? Nə üçün İmamın
körpəsini öldürürsünüz?
Bəli, İmamın ailəsinin çıxışları Kərbəladan sonrakı
mərhələnin əsasını təşkil edirdi.
Dostları ilə paylaş: