69
2. İmam Riza (ə) buyurmuşdur: “Bizim müsibətlərimizi
xatırlayıb, çəkdiyimiz əzablar üçün ağlayan kəs qiyamət günü
bizimlə
olacaq,
bizim
dərəcəmizə
çatacaqdır.
Bizim
müsibətlərimizi bəyan edib ağlayan və başqalarını
ağladan kəs
gözlər ağlayacağı qiyamət günü ağlamaz. Hər kəs bizim işimizin
ayağa qaldırıldığı bir məclisdə əyləşsə, qəlblərin öləcəyi gün qəlbi
ölməz.”
154
3. İmam Sadiq (ə) Füzeylə buyurdu: “Əzadarlıq məclisi
qurub, Əhli-beytdən və onun başına gələnlərdən danışırsınızmı?”
Füzeyl
bildirdi ki, belə məclislər qurulur. İmam buyurdu: “Bizim
işimizi dirildin. Bizim işimizi dirildənlər Allahın mərhəmətinə
qovuşar...”
155
Sual 86: İmam Hüseyndən (ə) sonrakı imamlar (ə) ona əza
saxlayıblarmı?
Cavab: İmam Sadiq (ə) buyurur: “Aşura
hadisəsindən sonra
İbn Ziyadın ölümünədək Bəni-haşim xanımlarından heç biri sürmə
çəkmədi, xına yaxmadı, evlərindən xörək bişdiyini bildirən ocaq
tüstüsü qalxmadı. Qanlı Aşura faciəsindən sonra gözlərimiz daim
yaşlı oldu.”
156
İmam Səccad (ə) Kərbəla hadisəsi ilə əlaqədar bütün ömrünü
göz yaşları içində keçirdi. Ona su
təklif olunanda ağlayaraq
buyururdu: “Peyğəmbər oğlu susuz öldürüldüyü halda mən necə
su içim?!”
157
İmam Baqir (ə) Aşura günləri imam Hüseyn (ə) üçün
əzadarlıq məclisi qurardı. Bu məclislərdən birində şair Kumeytin
oxuduğu şe`rdən tə`sirlənən imam Baqir (ə) buyurur: “Var-
dövlətim olsaydı, bu şe`rinə mükafat verərdim.
Amma sənin
mükafatın həzrət Peyğəmbərin (s) Həssan ibn Sabit haqqındakı
duasıdır. Həzrət ona buyurmuşdu: “Biz Əhli-beyti daim müdafiə
etdiyin üçün səni Ruhul-Qüdüs təsdiq edəcək.”
158
İmam Kazim (ə) buyurmuşdu: “Elə ki, məhərrəm başladı,
atam gülməzdi. Üzü kədərli olardı, məhərrəmin onunadək
yanaqlarından yaş süzülərdi. Həmin gün atamın
müsibəti son
154
“Biharül-ənvar”, c. 43. s. 222.
155
“Biharül-ərvar”, c. 43, s. 282-289.
156
“İmam Həsən və imam Hüseyn (ə), s. 114.
157
“Biharül-ənvar”, c 44, s. 145.
158
“Misbahul-mütəhəccid”, s. 713.
70
həddə çatar, fasiləsiz ağlayıb buyurardı: “Bu gün babam Hüseynin
(ə) şəhadət günüdür.
159
İmam Riza (ə) buyurmuşdur: “Elə ki, məhərrəm ayı çatdı,
atamı gülən görən olmazdı. Bu vəziyyət Aşura gününədək davam
edərdi. Həmin gün atam son həddə kədərlənib ağlayar və deyərdi:
“Belə bir gündə Hüseyni (ə) qətlə yetirdilər. Ona Allahın
salamı olsun.”
160
Kərbəla müsibəti ilə əlaqədar imam Riza (ə) buyurmuşdur:
“İmam Hüseynin (ə) müsibət günü gözlərimizdən fasiləsiz yaş
axar, göz qapaqlarımız yara olardı.”
161
Rəvayətlərə görə, əsrin imamı (ə) babasının
şəhadətinə görə
ağlayır.
162
Dostları ilə paylaş: