67
dini məhv etmək vəzifəsini qoymuş hakimiyyətlə həmkarlıq caiz
deyil, əksinə, ona qarşı mərhələli şəkildə mübarizə aparılmalıdır.
Sual 82: Nə üçün həzrət Müslim imkanı olduğu halda ibn
Ziyadı öldürmədi?
Cavab: Qur`ani-kərim və Əhli-beyt buyuruqlarında düşmənə
zülm və hiylə yolu ilə qalib gəlmək pislənilir. Həzrət Əlinin (ə)
hakimiyyəti dövründəki müharibələrdən birində İslam düşmənləri
meşədə gizləndilər. Bir şəxs Həzrətə (ə) meşəni yandırmağı təklif
etdi. İmam buyurdu: “Zülmlə qələbə qazanmaq olmaz.”
Həzrət Müslim də Əhli-beyt məktəbinin yetirməsi idi.
Xəstə
Hanini yoluxmağa gələn ibn Ziyadın qətlə yetirilməsi Müslimə
təklif olunanda ev sahibi Hani bu təklifə e`tiraz etdi. Müslim ibn
Ziyadı öldürməməsini belə əsaslandırır: “Mən
onu iki şeyə görə
öldürmədim: evinə qan tökülməsini istəməyən Haninin e`tirazı və
həzrət Peyğəmbərin (s) bir buyuruğuna görə. Həzrət buyurmuşdur:
“Qəfil hücum əqidəsinə yol bağlıdır...”
151
Dostları ilə paylaş: