71
işığa, nura zidd olmasıdır. Qara rəngli libas geyinən əzadar əzası
keçirilən şəxsi itirməklə dünya işığından məhrum olduğunu
bildirmək istəyir. İslam Peyğəmbərinin vəfatının səkkizinci günü
qızı həzrət Zəhra (ə) fəryad qopararaq deyir” “Ey ata! Sənin
gedişinlə dünya öz işığını bizdən aldı...”
163
Sual 89: İmam Hüseyn (ə) kimi məğrur bir şəxsiyyətin
məclislərdə məzlum kimi təqdim olunması nə dərəcədə doğrudur?
Cavab: İzzət Qur`ani-kərimdə ən bəyənilmiş sifətlərdən biri
kimi bəyan olunur.
164
Qur`an işığında hərəkət edən imam Hüseyn
(ə) və onun səhabələri düşmən qarşısında həmişə məğrur
dayanmış, zilləti qəbul etməmişlər. Bə`zi məclislərdə imam
Hüseynin (ə) məzlum göstərilməsi təəssüf doğurur. Bir çox
məddahlar nə yolla olur-olsun xalqı ağlatmağa çalışır, hətta bu
yolda imamın izzətini qurban verirlər. Əslində bu iş İslam dininə,
Əhli-beyt dəyərlərinə ziddir. Bəni-üməyyənin Əhli-beytə qarşı
zülmləri kimsədə şübhə doğurmur. Amma izzətli insanlar heç bir
zülmün qarşısında öz vüqarını itirib, mə`nən sınmırlar.
Dostları ilə paylaş: