Шүбһә доғуран суаллар


Sual 76: Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini  İslamın fatihəsi (sonu) kimi tanıtdırdı?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə42/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   38   39   40   41   42   43   44   45   ...   60
Şübhə doğuran suallar

Sual 76: Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini 
İslamın fatihəsi (sonu) kimi tanıtdırdı? 
Cavab: İmam Hüseyn (ə) irtica təhlükəsi barədə xəbər 
verirdi. Həmin vaxt müsəlmanlar üçün ən böyük təhlükə şirk, 
bütpərəstlik və cahiliyyətə qayıdış idi. Bəni-üməyyə irticası İslam 
ayinlərini, dini şüarları təhqir edirdi. 
İslam dünyası, xüsusi ilə böyük dini şəxsiyyətlərin yaşadığı 
Məkkə, Mədinə, Kufə, Bəsrə kimi şəhərlər səsini udmuş, ölüm 
sükutuna qərq olmuşdular. İbn Ziyad, Müğeyrə kimi zalım 
hakimlər günahsız insanları qətlə yetirir, müsəlmanların əqidəsini 
təhqir edirdilər. Əməvilər İslam mə`nəviyyatını, dindar təbəqələri 
əzir, xalqın ehtiramını qazanmış din alimlərini sıxıntıda 
saxlayırdılar. 
Mənbələrdə oxuyuruq: “İslam mütəfəkkirlərinə mə`lumdur ki, 
Bəni-üməyyə fəsad mənbəyi olmuş, təbiətən bütün mərasimləri və 
boyaları ilə cahiliyyət əsrini diriltmişlər.”
145
Başqa bir mənbədə 
bildirilir: “Hüseyn (ə) ona görə həmin qövmə üz tutdu ki, şəriətin 
məhv 
olduğunu 
görürdü. 
O, 
şəriətin 
dayaqlarını 
möhkəmləndirmək üçün çalışırdı.”
146
144
“Sümuvvəl- mə`na”, s. 118. 
145
“Sümuvvəl-mə`na”, s. 28. 
146
“Təzkirətül-xəvas”, s. 283 


62 
Əgər Yezid Bəni-üməyyənin xain planlarının icrasına 
başlasaydı, atası Müaviyənin istədiyi kimi, azan, tövhid və risalətə 
şəhadət tərk olunar, İslamdan quru ad qalardı. Əgər Yezid xilafəti 
cəmiyyətdə ciddi müqavimətlərlə qarşılaşmasaydı, Peyğəmbərin 
(s) həqiqi canişini kimi qəbul olunar, İslam məmləkəti günah
qumar, şərab, ğina, rəqs mərkəzinə çevrilərdi. Çünki bütün 
cəmiyyətlərdə insanlar öz başçılarını nümunə götürür, onlar kimi 
yaşamağa çalışırlar. 
Bəli, İslamın hifzi, Bəni-üməyyə başçılarının hiyləgər 
simasının açılması üçün qiyam baş verməli idi. Bundan əlavə, 
xalqın dini hissləri oyandırılmalı, insanlar əməviləri din düşməni 
kimi tanımalı idilər. Demək, imam Hüseynin (ə) qiyamının 
məqsədi Bəni-üməyyə maskasını yırtmaq və xalqın dini hisslərini 
oyatmaq olmuşdur. 
Düşmənin amansızlığı imamın (ə) cihadının qarşısını ala 
bilmədi. Çünki bu mücahid, Allah əmri ilə ayağa qalxdığından 
zahiri məğlubiyyətdən çəkinmirdi. Zahiri məğlubiyyət də, qələbə 
də imam üçün şərafət idi.
147
İmam Hüseyn (ə) Allah yolunda, həqiqət naminə şəhid oldu. 
Onu qətlə yetirənlər Allahın, mələklərin və xalqın lə`nətini 
qazandılar. Zahirən məğlub olmuş imam Allah yanında ən ali 
dərəcəyə çatdı. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin