61
çıxışında da təsdiqlənir: “And olsun Allaha! Nə qədər ki, üzüm
qanıma boyanmış şəkildə Allahla görüşməmişəm, xalqın
istəklərinə müvafiq cavab verməmiş oluram.”
144
Sünni alimi Seyyid Qütb deyir: “Əməvilərin hökuməti islami
xilafət yox, vəhy ilə uyuşmayan, cahiliyyət düşüncəsindən doğmuş
istibdad rejimi idi. Bu hökumətin hansı əsaslarla möhkəmləndiyini
bilmək üçün Yezidin bey`ət səhnəsinə baxmaq kifayətdir.
Müaviyə Yezidə bey`ət almaq üçün xalq arasında bə`zi qrupları
də`vət edərək, onların münasibətini soruşur. Yezid ibn Müqəffə
adlı bir şəxs ayağa qalxıb Yezidə işarə ilə deyir: “Müaviyə öləndə
əmirəlmö`minin budur. Kim bunu qəbul etməsə...” − sonra
qılıncını göstərdi.
İmam Hüseyn (ə) öz qiyamı ilə Yezid hökumətinə İslamın
münasibətini bildirdi. Əgər İmam bey`ət etsəydi, xalqda İslam
hökuməti haqqında yanlış təsəvvür yaranardı.
Dostları ilə paylaş: