Sual 70: Yezid Kərbəla faciəsinə görə tövbə etdimi?
Cavab: Tarix boyu əksər tarixçilər, mühəddislər və digər din
alimləri Yezidi cinayətkar, Aşura hadisəsinin müqəssiri kimi
tanısalar da, Qəzali kimi bə`zi alimlər Yezidin tövbə etməsinin
mümkünlüyünü nəzərə alaraq, ona lə`nət oxunmasını düzgün
hesab etmirlər.
İslam aləmində böyük şəxsiyyət olmasına baxmayaraq,
Qəzalinin uyğun fikri məqbul sayılmır. Onun nəzərinə qarşı
tanınmış alimlər e`tiraz etmiş, hətta ayrıca kitab da yazılmışdır.
Bununla belə, Lamens Yəhudi kimiləri İslam ensiklopediyasındakı
məqalələrdə eyni sözləri təkrarlayırlar. Son vaxtlar bə`zi dini
mərasimlərdə də uyğun məsələ ilə bağlı şübhəli fikirlər söylənilir.
Yezidin
tövbə etməsi haqqında ehtimallar doğuran
mə`lumatlara nəzər salaq:
1. İbn Qətibə “əl-imamət vəl-siyasət” kitabında yazır”
“Hadisələr baş verdikdən sonra Yezid elə ağlayırdı ki, sanki ruhu
bədənindən çıxacaqdı.”
128
2. Kəsili başlar və əsirlər saraya gətirildikdən sonra Yezid çox
həyəcanlandı və bu cinayətdə İbn Ziyadı təqsirləndirərək dedi:
“Allah Mərcanənin oğluna (Übeydullah ibn Ziyad) lə`nət etsin,
məni müsəlmanlar arasında mənfur etdi və qəlblərində mənə qarşı
kin yaratdı.”
129
Digər
bir
mənbədə
Yezid
imam
Hüseynin
(ə)
müxalifətçiliyinə qarşı həlim adam kimi tanıtdırılır. Guya, Yezid
128
c.2, s. 8.
129
Təzkirətul-xass”, s. 256.
54
imamın qətlini istəməmiş, bu cinayət İbn Ziyad tərəfindən
törədilmişdir.
130
3. Yezid Kərbəla karvanını Mədinəyə yola salarkən imam
Səccada (ə) müraciətlə deyir: “Allah Mərcanənin oğluna lə`nət
etsin! And olsun Allaha, əgər Hüseynlə üz-üzə olsaydım, onun
bütün istəklərini yerinə yetirərək, övladlarımın həyatı bahasına da
olsa, ölümü ona yaxın buraxmazdım!”
131
Doğrudanmı, Yezid imamın qətli haqqında fərman
verməmişdir? Doğrudanmı, O, ibn Ziyadı lə`nətləmişdir?
Doğrudanmı, Yezid öz işindən peşiman olmuşdur?
Yezid Mədinə hakimi Vəlid ibn Ütbəyə ilk məktubunda yazır:
“Məktubum çatan kimi Hüseyn və İbn Zübeyri çağır və onlardan
mənim üçün bey`ət al. Əgər qəbul etməsələr hər ikisinin boynunu
vur və başlarını mənə göndər!”
132
Digər mənbələrdə oxuyuruq: “İmam Hüseyn (ə) Məkkədə
olarkən Yezid onu qətlə yetirmək üçün həccə gizli şəkildə adamlar
göndərdi.”
133
Hətta Yezidin oğlu Müaviyə Dəməşq came məscidinin
minbərindən danışarkən atasını imamın qətlində ittiham
etmişdir.
134
“Təzkirətül-xass” kitabında bildirilir ki, Yezid imamın (ə)
şəhadət xəbərini eşitdikdə xoşhal oldu. O, İbn Ziyada qiymətli
hədiyyələr göndərdi.
135
Sonrakı tarixi hadisələr bir daha sübut edir ki, Yezid nəinki
İbn Ziyadı kənarlaşdırmamış, hətta İbn Zübeyrin qaldırdığı qiyamı
yatırmaq üçün də onu göndərmişdir. Əgər Yezid, İbn Ziyada qarşı
qəzəblənmişsə, bu zahiri bir manevr və həzrət Zeynəbin (ə), eləcə
də, imam Səccadın (ə) çıxışlarına hədəf olmamaq üçündür.
Kəsilmiş başlar və əsirlər Dəməşqə gitiriləndə Yezid şadlıq
məclisi qurmuş, hətta əlindəki ağacla imamın dişlərini
döyəcləmişdir.
136
Yezid yalnız xalqın mənfi münasibətindən yaxa
qurtarmaq üçün zahirən təəssüflənə bilərdi.
130
“Əlkamilü fittarix”, c. 2, s. 578.
131
Həmin mənbə
132
“Tarixi Yə`qubi”, c. 2, s. 241
133
Lühuf, s. 82.
134
“Tarixe Yə`qubi”, c. 2, s. 254.
135
s. 29.
136
“Tarixe Yə`qubi”, c. 2. s, 245.
55
Əgər Yezid tövbə etmişdisə, sonrakı həyatında bu tövbənin
tə`sirləri görünməli idi. Hansı ki, aşuradan sonra iki il
hakimiyyətdə qalan Yezid daha iki cinayət törətdi:
1. Mədinə əhlinin qırğını;
2. Məkkəyə qoşun yeritməklə Kə`bə evinə hörmətsizlik.
Beləcə, tarixi həqiqətlər Yezidin tövbə etmədiyini sübuta
yetirir.
Dostları ilə paylaş: |