Шүбһә доғуран суаллар



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə41/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   37   38   39   40   41   42   43   44   ...   60
Şübhə doğuran suallar

İKİNCİ HİSSƏ 
Sual 75: Nə üçün imam Hüseyn (ə) Yezidlə bey`ətdən qəti 
imtina edirdi? Məgər hansısa şərtlər irəli sürmək olmazdımı? 
Cavab: Əvvəla, hər bir tarixi qərar həssas bir dönəmdə bir 
sıra səbəblərdən ortaya çıxır və hər iki tərəf bu fürsəti əvvəlcədən 
gözləyir. Peyğəmbər (s) sünnəsindən kənarlaşma və imamların 
ədaləti aşuradan sonra çox-çox əvvəlki gerçəklik idi. Salman, 
Əbuzər, Əmmar kimi pak səhabələr fürsət düşən kimi xalqı 
oyatmağa çalışardılar. Amma elə tarixi məqam çatır ki, hər iki 
tərəf son söz demək qərarına gəlirlər. Müaviyənin ölümündən 
sonra artıq belə bir məqam yaranmışdı. İş o yerə çatmışdı ki, 
Yezid Allahdan vəhy nazil olmadığını, imam Hüseyn (ə) isə Yezid 
kimilərinin hakimiyyətdən kənarlaşdırılması zərurətini e`lan 
edirdi. Yezid imam Hüseyndən (ə) bey`ət tələb edir, imam Hüseyn 
(ə) isə “mənim kimisi onun kimisinə bey`ət etməz” deyirdi. 
Bey`ətdən imtina edən imam Hüseynin (ə) dəlilləri kimsədə 
şübhə doğurmurdu. Hətta Yezidin əmisi oğlu Vəlid İmamın 
məntiqi qarşısında susurdu. 
Bey`ət nədir? Bey`ət Allahın dinini rəhbər tutan xəlifəyə 
tabeçiliyin izharıdır. Qur`an “özünüzdən olan əmr sahiblərinə itaət 
edin” buyurur. Allahın qanunlarını hər addımda pozan Yezidə 
bey`ətin mümkünsüzlüyünü hamı bilirdi. Amma həqiqəti aşkar 
şəkildə imam Hüseyn (ə) izhar edə bildi. Bütün müsəlmanlar 
zilləti qəbul edib Yezidə bey`ət etsəydilər də, imam Hüseyn (ə) 
kimi kəramət və fəzilət sahibi zillət buxovunu taxa bilməzdi.
İmam Hüseyn (ə) sözsüz ki, başqalarından fərqlənirdi. O, 
Peyğəmbər Əhli-beyti, mələklərin müsahibi, mərhəmət kölgəsi idi. 
İmam (ə) bir dəfə Fərəzdəqə buyurur: “Bu camaat Allaha itaətdən 
çıxıb, şeytana üz tutub. Onlar aşkar günah edir, hədləri pozurlar. 
Şərab içir, fəqir və kimsəsizlərin malını mənimsəyirlər. Din, izzət, 
şəriətə yardım, Allah kəlməsinin e`lanından ötrü cihad üçün ən 
layiqli fərd mənəm.”
143
Yezid kimi rəzil bir varlıq Peyğəmbər (s) taxtında oturub, 
müsəlmanlara rəhbərlik etmək istədiyi vaxt İmamın qiyamdan 
başqa vəzifəsi yoxdur. Çünki onun bey`ət etməsi xalqın nəzərində 
haqsız bir hakimi haqlı edir. Bu məntiq İmamın Aşura günündəki 
143
“Təzkirətül-xəvas, s. 252. 


61 
çıxışında da təsdiqlənir: “And olsun Allaha! Nə qədər ki, üzüm 
qanıma boyanmış şəkildə Allahla görüşməmişəm, xalqın 
istəklərinə müvafiq cavab verməmiş oluram.”
144
Sünni alimi Seyyid Qütb deyir: “Əməvilərin hökuməti islami 
xilafət yox, vəhy ilə uyuşmayan, cahiliyyət düşüncəsindən doğmuş 
istibdad rejimi idi. Bu hökumətin hansı əsaslarla möhkəmləndiyini 
bilmək üçün Yezidin bey`ət səhnəsinə baxmaq kifayətdir. 
Müaviyə Yezidə bey`ət almaq üçün xalq arasında bə`zi qrupları 
də`vət edərək, onların münasibətini soruşur. Yezid ibn Müqəffə 
adlı bir şəxs ayağa qalxıb Yezidə işarə ilə deyir: “Müaviyə öləndə 
əmirəlmö`minin budur. Kim bunu qəbul etməsə...” − sonra 
qılıncını göstərdi. 
İmam Hüseyn (ə) öz qiyamı ilə Yezid hökumətinə İslamın 
münasibətini bildirdi. Əgər İmam bey`ət etsəydi, xalqda İslam 
hökuməti haqqında yanlış təsəvvür yaranardı. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin