Шүбһә доғуран суаллар


Sual 72: Ölüm qorxusu olan yerdə “əmr be mə`ruf və nəhy əz  münkər” vacibdirmi?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə39/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   35   36   37   38   39   40   41   42   ...   60
Şübhə doğuran suallar

Sual 72: Ölüm qorxusu olan yerdə “əmr be mə`ruf və nəhy əz 
münkər” vacibdirmi? 
Cavab: Biz dini hökmlərin şərtlərini mə`sum imamlardan (ə) 
öyrənməliyik. Hər bir əməlin şər`i cəhətdən vacibliyinin dəlili 
həmin əməlin imamlar tərəfindən yerinə yetirilməsidir. 
Əmr be mə`ruf və nəhy əz münkərin faydası onun ehtimal 
olunan zərəri ilə tutuşdurulmalıdır. Əgər onun faydası daha 
mühüm olarsa, zərərinə dözmək lazımdır. 
Adi əmr be mə`rufla dinin təhlükədən qorunması kimi ictimai 
əmr be mə`ruf arasında fərq var. Yezid hökuməti dövründə İslam 
ümmətinin kafir olması təhlükəsi vardı. İmam Hüseyn (ə) dini 
gözləyən təhlükəni gördüyündən, Mərvan ona Yezidə bey`ət 
etməyi təklif edəndə buyurdu: “…İslamla vidalaşmaq lazım gəlir. 
Çünki ümmət Yezid kimisinin çobanlığına mübtəla olmuşdur.” 
Bəli, harada Yezid varsa, İslam yox idi. Harada İslam var idisə, 
orada Yezid yox idi. 
Belə bir vaxtda imam Hüseyn (ə) İslamın səngərini boş qoya 
bilməzdi. Çünki o İslamın yaşamasını özünün və ailəsinin 
həyatından üstün tuturdu. İmam (ə) bu yolda özünü və əzizlərini 
qurban verdi, bacıları və qızları əsir alındı. 
Bəli, imamın (ə) qiyamı əsil əmr be mə`ruf və nəhy əz 
münkər, zülmlə mübarizə idi. Tarix belə bir mübarizəyə şahid 
olmamışdı. Öz ailəsi ilə zalım qoşunun əhatəsində qalmış imam 
Hüseyn (ə) vəzifəsinə əməl etməklə yanaşı öz izzətini də qorudu. 
Aşura günü həzrət elə bir şücaət göstərdi ki, şəhidlər arasında 
birinci pilləyə qalxdı. 
Burada şəhid Mütəhhərinin bir bəyanına nəzər salmaq yerinə 
düşərdi:”Əmr be mə`ruf və nəhy əz münkərin vacibliyini nə qədər 
ki zərər yoxdur, hamı qəbul edir. Elə ki, qarşıya zərər çıxdı 
deyirlər ki, bu işin vacibliyi bura qədər idi. Yə`ni nə qədər ki, abır, 
141
“Biharul-ənvar”, c. 44. 


57 
can, hətta mal üçün qorxu yox idi, bu iş vacib idi. Bu adamlar 
uyğun vəzifənin dəyərini aşağı endirmişlər. Bə`ziləri isə bu 
vəzifəni daha dəyərli hesab edir və bildirirlər ki, zərər qorxusu 
sadə və kiçik məsələlərdə şərtdir. Əgər Qur`an üçün təhlükə 
yaransa, ədalət və islami birlik təhlükəyə düşsə, əmr be mə`ruf və 
nəhy əz münkər etmirəm” demək olmaz. “Bir söz desəm canım və 
abrım təhlükəyə düşər, cəmiyyət bəyənməz” kimi sözlər məqbul 
deyil.” 
Bəli, böyük əhəmiyyətli məsələlərdə əmr be mə`ruf üçün 
sərhəd yoxdur. Böyük təhlükələr gözlənilsə belə, bə`zən bu vəzifə 
vacib olur. Buna görə də imam Hüseynin (ə) bu vəzifənin 
məqamını ucaltdığını düşünürük. Həzrət (ə) yalnız canını və 
malını yox, əzizlərinin də həyatını qurban verdi, hətta ailəsinin 
əsirliyi ilə razılaşdı. 
İmamın (ə) bu işindən sonra zərrəcə şübhə qalmır ki, mühüm 
məsələlərdə heç bir təhlükə əmr be mə`rufun qarşısını ala bilməz. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin