3
Sual 1: Allahın varlığı ehtimal deyilmi?
Cavab: Əvvəla, məsələnin belə
qoyuluşu müşahidələrimizə
uyğun deyil. İkincisi, istənilən bir dində allahşünaslıq bəhsinə
müraciət olunsa, uyğun yanaşma rədd edilər.
Üçüncüsü, məgər
bəşəriyyətə Allah kəlamını gətirmiş
peyğəmbərlər bu məsələni
sübuta yetirməmişlərmi?! Dördüncüsü,
heç bir ilahiyyat
məktəbində Allahın varlığını sübuta
yetirmək üçün əvvəlcə
ehtimal etməmişlər. Sadəcə, belə deyilmişdir: “Əgər Allah olmasa,
kainatın obyektiv nizamlı quruluşu necə izah olunar?!
Hər halda, Allahın varlığını ehtimal edənlər zəngin İslam
kitabxanasının allahşünaslıq bölməsinə müraciət edə bilərlər.
Sual 2: Allahı tanımaq üçün bir yol varmı?
Cavab : Allahı tanımaq üçün üç yol var:
1. Qəlb və ya fitrət yolu. Yəni hər bir insan öz yaranışına və
ruhuna rəğmən Allahı tanıyır. Məsələn, ariflər fitri imanın gücünə
inandıqlarından bu qüvvəni artırmaq üçün çalışmışlar. İnsanda
belə bir qüvvənin varlığına əmin olmaq üçün iki yol var: öz
vücudunu təcrübədən keçirməli; uzun illər insan psixologiyası ilə
məşğul olmuş alimlərin mövqeyi ilə tanış olmalı.
2. Hiss və elm yolu. Bu yol öz növbəsində üç qola ayrılır:
−Kainatın quruluşundakı nizam;
−Mövcudları həyat yolunda tə`limatlandırma;
−Dünyanın yaranışı.
3. Əql və ya fəlsəfə yolu. Bu yol çətin olsa da, Allahı tanımaq
üçün ən yaxşı yoldur.