82
qoşulduqdan sonra qarşıdakı yolun çətinliyini nəzərə alaraq
arvadının nikahını geri oxuyub onu evə göndərdi.
Hürrün dəstəsi imam Hüseynin (ə) qarşısını kəsərkən Züheyr
Hürr ilə döyüşməyi təklif etdi. Amma imam səbr etməyə üstünlük
verdi. Aşuradan bir gün qabaq (tasua günü) imam ətrafındakılara
Kərbəladan getmək icazəsini verdi. Züheyr dedi: “Ana
olsun
Allaha! Sənin və Əhli-beytini hifzi üçün min dəfə ölüb dirilməyə
hazıram.”
Aşura günü imam Hüseyn (ə) öz cəbhəsinin sağ cinahında
rəhbərliyini Züheyrə tapşırdı. O, imamdan sonra düşmən qarşısına
çıxan ikinci şəxs idi. Züheyr şücaətlə döyüşdü və öz əqidəsini
sübut edərək şəhadətə yetişdi.
Sual 103: Əbdüllah ibn Hürr Cö`fi kimdir?
Cavab: Bəni-məqatil adlanan yerdə dayanarkən imama (ə)
xəbər
verdilər ki, Əbdüllah ibn Hürr Cö`fi də bu mənzildə
dayanmışdır. Osmanın tərəfdarlarından olan Əbdüllah Osman
qətlə yetirildikdən
sonra Müaviyəyə qoşulub, Siffeyn döyüşündə
həzrət Əli (ə) ilə vuruşmuşdu.
İmam Hüseyn (ə) Əbdüllahın yanına adam göndərib ona
qoşulmasını istədi. Əbdüllah Həccac adlı elçiyə dedi: “And olsun
Allaha! Mən Kufədən çıxanda əhalinin çoxu Hüseynlə (ə) döyüşə
hazırlaşırdı. Hüseynin bu döyüşdə
öldürüləcəyi məndə şübhə
doğurmur. Məndə Hüseynə yardım gücü yoxdur və istəmirəm də
məni görsün.” Həccac bu sözləri imama çatdırdıqdan sonra imam
özü Əbdüllahın görüşünə getdi. Həzrət Əbdüllaha buyurdu:”Sən
çox günahlara batmış, çox səhvlərə yol vermisən.
Tövbə edib,
günahlarını yumaq istəmirsənmi? Peyğəmbər (s) qızının övladına
yardım et, onun tərəfində düşmənləri ilə döyüş.” Əbdüllah dedi:
“And olsun Allaha! Sənə itaət edənin əbədi səadətə çatacağına
inanıram. Amma inanmıram ki, mənim yardımımın sənə faydası
olsun. Məni bu işdən azad et, çünki ölümdən çox qorxuram.
Amma qaçışda məşhur atımı sənə verirəm.” İmam buyurdu: “Bir
halda ki, bizim yolumuzda canını qıymırsan, nə səni, nə də atını
istəyirik.” Mənbələrdə bildirilir ki, Əbdüllah ömrünün sonunadək,
imama qoşulmaq səadətini əldən verdiyi üçün təəssüf etdi.
İmamın (ə) Əbdüllahın xeyməsinə getməsinə həkimin xəstə
yanına getməsi kimi baxmalıyıq. Allahın övliyaları daim
insanların
əqidəsini islah etmək, onları axirət əzabından
83
qurtarmağa çalışmışlar. Amma Əbdüllah xislətində olanlar belə
dəvətlərin əsil mahiyyətini anlaya bilmir,
hədiyyə və ehsan yolu
ilə razılıq almaq istəyirlər.
Dostları ilə paylaş: