270
Ширин
Ханым Кяримбяйли Шадиман
NİCAT /son dərəcə kədərli,
yol çantası əlində, hamıyla öpüşür./
Sağ olun, qəriblik güzarım oldu,
Fələyin qoyduğu imzadı, qoldu.
Qoruyun
ürəkdən bir-birinizi,
Heç vaxt ayırmasın Yaradan sizi!..
/vidalaşıb qapıdan çıxır/
SƏBA /köks ötürür./
İlahi, kasıblıq döydü qapımı,
Qırdı min bir yerdən tale sapımı.
Hamı bir-birindən üz çevirib ah,
Qohumlar
yad olub niyə, ay Allah?
Hərə qarınının dərdi hayında,
Ölçüsü azalıb haqqı-sayında.
Evimiz boşalıb-dolardı bir vaxt,
Niyə
qara gəldi bu tale, bu baxt?!
Tabağı dolubdu hiyləgərlərin,
Düşübdü papağı yerə ərlərin.
Kişilər evindən qaçır yad elə,
Görüm bu həyatı yox olsun belə.
Dostları ilə paylaş: